Yeni nəsil Mercedes-Benz G-Class modeli dəbdəbəli olduğu qədər də, mürəkkəb yolsuzluğu qət etmək imkanlarına sahibdir.
Əlbəttə ki, azərbaycanlı G-Class sahiblərinin bir çoxlarının pərəstiş mənbəyinə çevrilmiş ofrouderi suda-palçıqda sınaqdan keçirmək arzularının olduğunu heç də güman etmirəm. Lakin, “ dörd təkər üzərində dünyanın ən yeyin qadın sürücüsü” olan Cessi Kombs barədə bunları söyləmək olmaz. Cessi avtomobilin nəyə qadir olduğunu göstərmək üçün, onu ən mürəkkəb şəraitdə sınamaqdan çəkinmir. Buyurun, baxın...