Hə il keçirilən Villa d'Este Concours d'Elegance zəriflik müsabiqəsi üçün qeyri-adi şou avtomobillərinin hazırlanması artıq BMW üçün yaxşı bir ənənəyə çevrilib. Məsələn, keçən il bu tədbirdə üçqapılı BMW Concept Touring Coupe konsepti nümayiş etdirilmişdi. İndi isə, daha böyük avtomobil - tarqa kuzovlu BMW Concept Skytop tarqası debüt edib.
Rəsmi versiyaya görə, Adrian van Hoydonkun rəhbərlik etdiyi dizayn qrupunun ilham mənbəyi kimi, 1956-cı ilin klassik BMW 503 və 1998-ci ilin BMW Z8 modelləri çıxış ediblər. Baxmayaraq ki, konseptin görünüşündə bu avtomobillərə birbaşa istinadlar azdır. Bundan başqa, arxa işıqların ensiz zolaqları təxminən Z8 rodsteri ilə eyni üslubda hazırlanıb.
Əslində, BMW Concept Skytop hazırkı 8 Series kabrioletinin başqa paltar “geyinmiş” versiyasıdır. Bütün kuzov panelləri sıfırdan hazırlanıb, optika tamamilə orijinaldır və oturacaqların arxa cərgəsinin əvəzinə aşağı düşən arxa şüşəni gizlədən kütləvi tağ quraşdırılıb. Ənənəvi qapı tutacaqlarının əvəzinə, pəncərə xəttinin düz altında nəzərə çarpmayan "dillər" var.
Dam həm içəri, həm də xarici tərəfi həqiqi dəri ilə örtülmüş iki çıxarıla bilən sərt paneldən ibarətdir. Onlar əl ilə çıxarılır və quraşdırılır və baqaj bölməsində saxlanılırlar. Orijinal kabrioletin interyeri demək olar ki, toxunulmaz qalıb, yalnız tərtibatda təkçalarlı materiallardan - plastik və həqiqi dəridən istifadə edilib.
BMW Concept Skytop çeşiddəki ən güclü V8 mühərriki ilə təchiz olunub. Bu isə, M8 Competition modifikasiyasının əsas kimi götürüldüyündən xəbər verir. Beləliklə, kapotun altında 625 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 turbomühərrikinin yerləşdiriyini söyləmək olar. Texniki təkmilləşdirmələr və kiçik miqyaslı istehsalın mümkünlüyü barədə məlumat verilməyib. Böyük ehtimalla, BMW Concept Skytop yeganə nüsxədə inşa edilmiş şou avtomobili olaraq qalacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.