Yaradılmasının 20 illik yubileyini qeyd edən Vilner tüninq atelyesi, bu əlamətdar hadisənin şərəfinə Shelby Mustang GT350 Super Snake sportkarının xüsusi hazırlanmış variantını təqdim etmişdir. Bolqarısatının paytaxtı Sofia şəhərində yerləşən tüninq atelyesinin mütəxəssisləri Rumıniyadan olan müştərinin arzusu ilə, onun 2013-cü ilin istehsalı olan Mustang GT350 Super Snake sportkarının interyerini yenidən işləyib hazırlamışdırlar.
Bir müddət əvvəl, biz bolqar mütəxəssislərin əl işi olan Maserati GranCabrio Sport modelinin interyeri haqqında məlumat vermişdik. Vilner mütəxəssisləri demək olar ki, sporkarın interyerini tamamilə dəyişmişdirlər.
Onların müdaxilə etmədikləri elementlər gümüşü rəngli ön panel, sürətlər qutusunun şar formalı dəstək başlığı və qapı dəstəkləri olmuşdurlar.
Avtomobilin sahibi salonun açıq qəhvəyi rəngli dəri ilə qara alkantaranın vəhdətindən ibarət interyerin hazırlanmasını arzu etmişdir. Sifarişçinin arzusunu yerinə yetirən bolqar mütəxəssislər, əlavə olaraq karbondan hazırlanmış elemettləri də salonda quraşdırmışdılar.
Atelye mütəxəssisləri interyeri daha cazibədar etmək üçün qırmızı saplı tikişlərdən istifadə etmişdilər ki, buna oturacaqlardakı kobra şəkilli loqotiplər, təhlükəsizlik kəmərləri və baqaj hissəsində saxlanılan dəri çanta və balışlar da daxildir. Vilner şirkətindən salondakı çox sayda plastmas detalların yumşaq alkantara ilə də üzləndiyini bildirirlər.
Kabinanın sir sıra hissələrində səs izolyasının yaşılaşdırılması üçün xüsusi materaillardan istifadə edilmişdir.
Vilner nümayəndələrinin sözlərinə görə, avtomobilin sahibi 850 at qüvvəsi və 830 Nm-ə malik olan olan 5,8-litrlik üfürməli V8 mühərrikinin səsini daha yaxşı eşitmək imkanına malikdir.