Marko Vittmann (BMW) Assendə keçirilən ilk yarışın qalibi olub. Yarışa pouldan başlayan alman pilot yağmurlu hava şəraitində həmyerlisi Rene Rastın (Audi) çoxsaylı hücumlarına davam gətirməyi bacarıb.
Yağış yarışın başlamasına bir müddət qalmış başlayıb və bu səbəbdən də start təhlükəsizlik avtomobilinin (TA) müşayəti ilə başlayıb. Təhlükəsizlik avtomobili peletona üç dövrə dövrə başçılıq edib. Bundan sonra isə, pilotlara mübarizə aparmağa icazə verilib.
TA-nin trekdən çıxması ilə Rene Rast Marko Vittmanna təzyiq göstərməyə başlayıb. Bruno Spenqer (BMW) komanda yoldaşı Şeldon van der Lindeni vuraraq, onun yerində fırlanmasına səbəb olub və hakimlərdən pitdən keçmə cəzası alıb. Texniki problemlər ucbatından yarışı dayandıran Daniel Xunkadelya (Aston Martin) yenidən TA-nin trekə çıxmasına səbəb olub.
Restartdan sonra Vittmann liderliyini qoruyub-saxlasa da, pit-stopdan sonra uzun müddət Rene Rastın hücumlarından müdafiə olunmaq məcburiyyətində qalıb. Ən son pit-stopa yollanan Niko Müller Vittmannın önündə qayıtsa da, qızdırılmış şinlər sayəsində Marko onu keçə bilib. Rene Rast isə bunu bacarmayıb və yarışı üçüncü yerdə bitirib.
Timo Qlok (BMW) da möhtəşəm pilotaj göstərib. Yarışın əvvəlində Fittipaldi və Enqlə mübarizə apararkən idarəetməni itirərək çınqıllığa çıxıb. Lakin, Timo pit-stopunu yarışının sonuna qədər uzadaraq, dördüncü qayıtmağı bacarıb. Sonradan Filipp Enqə keçilən Qlok yarışı beşinci bitirib.
İl onluqda Jonatan Aberdin, Ceymi Qrin,Loic Dyüval, Mayk Rokenfeller (hamısı - Audi) və Şeldon van der Linde (BMW) təmsil olunublar.