Qüvvədə olan dünya çempionu Marko Vittmann Zandvortda keçirilmiş yarışdan sonra diskvalifikasiyasını şərh edib. Bu cəza alman pilotu bu mövsündəki ilk qələbəsindən məhrum edib.

"Əlbəttə, mən məyusam, amma pilotdan heç nə asılı deyil, - TouringCarTimes nəşrinə müsahibəsində bildirib. - Bununla barışmaq və belə hadisələrin gələcəkdə təkrarlanmasının qarşısını almaq gərəkdir. Ümumilikdə həyəcanverici həftəsonu olmuşdu. Mənim yaxşı tempim vardı. Ümümiyyətlə, Zandvort klassik trekdir və burada yarışmaq mənim xoşuma gəlir".

Artıq məlum olduğu kimi qələbə Mayk Rokenfellerə qismət olub. Lakin, Audi komandasının alman pilotu bu qələbədən o qədər də məmnun deyil. "Rəqibin diskvalifikasiyası nəticəsində əldə edilən qələbə, real mübarizə şəraitində əldə edilən qələbə ilə eyni deyildir, - Rokenfeller bildirib. - Lakin, qaydalar qaydalardır, əlbəttə ki, mən çempionatdakı artıq xalların əleyhinə deyiləm".

Mayk Rokenfeller