Bu Mizanoda keçirilən ikinci sərbəst yürüşlərdə Marko Vittmann (BMW) Audi pilotlarının üstünlüyünə son qoyub. Vittmann Mizanodakı dövrəni 1.26,687 zamanla qət edərək, Dyüvalın birinci sərbəst yürüşlərdə göstərdiyi zamanı 0,948 saniyə yaxşılaşdırıb.
Audi komandasının pilotu Robin Frayns liderdən 0,270 saniyə geridə qalaraq ikinci nəticəyə imza atıb. Üçüncü nəticəni isə, BMW komandasının avsrtiyalı pilotu Filipp Enq göstərib. Audi pilotları Rene Rast və Niko Müller ilk beşliyi tamamlayıblar.
İkinci beşlikdə Nayk Rokenfeller (Audi), Şeldon van der Linde (BMW), Conatan Aberdin, Loik Dyüval (hər ikisi - Audi) və Bruno Spenqler (BMW) yer alıblar. Ducati komandasının pilotu Andrea Dovitsiozo birinci sərbəst yürüşlərdə olduğu kimi 16-cı nəticəni göstərib.