Volkswagen şirkəti bu ilin iyun ayının ortalarında yeni ID.3 elektrik modelinin satışlarına başlamağı planlaşdırırdı. Ancaq proqram təminatı ilə yaşanan problemlər, istehsalçını elektrokarların müştərilərə çatdırılması tarixini sentyabr ayına təxirə salmağa məcbur edıb.
Buna baxmayaraq, yenə də elektrokarlar şəhər küçələrində görünüblər. Söhbət, Almaniyadakı zavodun əməkdaşılarının istifadəsinə verilmiş 150 ədəd seriya hetçbekindən gedir.
Avtomobillərdən, onların real yol şəraitində davranışları barədə məlumat toplamaq üçün istifadə ediləcəkdir. Ancaq onların proqram təminatının nə qədər tam olduğu hələlik aydın deyil: korporativ ID.3 modellərində bir sıra funksiyaların işləməməsi mümkündür.
Bu və ya digər şəkildə, şirkət dünyanın ən iri elektromobil istehsalçısı olmaq planını bir daha təsdiqləyib. Bu məqsədə çatmaq üçün, alman istehslaçısı 2025-ci ilə qədər 33 milyard avro xərcləməyə hazırdır. Volkswagen şirkəti bu tarixə qədər 1,5 milyon elektromobil satmağı planlaşdırılır, 2050-ci ilə qədər isə, şirkət daxili yanma mühərrikləri olan avtomobillərin istehsalından tamamilə imtina edəcəkdir.