ID.X Performance adlı yenilik İsveçrənin Lokarno şəhərində keçirilən ID.Treffen tədbirində konsept statusunda debüt edib. O, artırılmış gücə, idman kuzov dəstinə və hündürlüyü 60 millimetr aşağı salınmış asqıya malik olan “bərkgedən” ID.7 modelinin carçısıdır. ID.X elektrokarının bir neçə ildən sonra istehsala gedəcəyi gözlənilir.

ID.7 artıq Avropa bazarında satışdadır və hələlik 286 at qüvvəli elektrik mühərriki ilə təchiz edilmiş yeganə modifikasiyada təklif olunur. Alman markasının digər elektromobillərindən daha güclü olmasına baxmayaraq, onun 544 at qüvvəli BMW i4 M50 modelinə meydan oxuya biləcək “bərkgedən” versiyası yoldadır.

Belə bir elektromobil bir neçə ildən sonra satışa çıxarılacaq, lakin onun necə olacağı barədə dəqiq təsəvvürü Volkswagen ID.X Performance konsepti nümayiş etdirir. O, karbonplastikdən elementləri və "ətəklərində" qırmızı vurğuları olan aqressiv idman kuzov dəstinə, böyük arxa antiqanada (çətin ki, seriya versiyasında quraşdırılsın) və 20-düymlük təkər disklərinə malikdir.

Texniki fərqlər arasında hündürlüyü azaldılmış asqı (klirens 60 millimetr azalıb) və ön təkərlərin 80 millimetr artırılmış yaxınlaşma bucağı var. Elektromobilin yerindən 100 km/saata sürətlənmək üçün dörd saniyədən az vaxt sərf etdiyi məlumdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

ID.7 sedanı ID.4 modelindən sonra Volkswagen brendinin MEB platformasında inşa edilmiş ən böyük elektromobili və ID çeşidindəki altıncı modeldir. Onun buraxılması ilə alman markası daha yüksək qiymət seqmentinə - təkər bazası təxminən üç metr olan sedanlar seqmentinə daxil olub.

Qeyri-rəsmi olaraq ID.7 “elektro-Passat” ləqəbini daşıyır, amma əslində ID.7 ölçüsünə görə indiki Passat sedanından daha böyükdür. Volkswagen ID.7 üçün əsas bazarlar Şimali Amerika, Avropa və Çindir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.