Bu günlərdə Volkswagen konserni dünya üzrə 391000 Volkswagen Touareg və 409477 ədəd Porsche Cayenne krossoverinin geri çağırış kampaniyasını elan edib. Servis kampaniyasının səbəbi kimi avtomobillərin əyləc pedallarındakı mümkün defekt göstərilmişdir. Geri çağırışa 2011-ci ilədən 2016-ci ilə qədər istehsal edilmiş avtomobillər düşmüşdür. Bir sıra avtomobillərdə əyləc stoporunun etibarsız şəkildə bərkidildiyi aşkar edilmişdir. Bu defekt sürücüyə əyləc pedalından istifadə etməyə mane ola bilər.

Amerika Birləşmiş Ştatlarının Yol hərəkəti üzrə milli idarəsinin (NHTSA) bildirdiyinə görə, Birləşmiş Ştattlarda hələlik bu defekt üzündən ciddi qəzalar baş verməmişdir. Bununla belə, bir sıra ölkələrdə bir neçə hadisə qeydə alınmışdır.

Cağırışa düşən avtomobil sahibləri Volkswagen konserni tərəfindən servis mərkəzlərinə baş çəkmək barədə  xəbərdarlıq alacaqdırlar. Aksiyanı, həmçinin, reqlament üzrə texniki servis xidməti zamanı da həyata keçirmək mümkündür.

Bütün işlər pulsuz olaraq aparılacaq, servis kampaniyası isə 2016-cı ilin sonuna qədər davam etdiriləcəkdir.