Volkswagen şirkətinin amerika nümayəndəliyi yerli bazar üçün nəzərdə tutulmuş yeni beşyerli krossoverin eskizini dərc edib. Bu model Atlas yolsuzluq avtomobilinin variantlarından biri olacaq və Çattanuqadakı zavoda istehsal ediləcəkdir.
Avtiomobil haqqında ətraflı məlumat verilməyib. İstehsalçı yalnız avtomobilin MQB modul platformasında inşa ediləcəyini bildirib. Yeni krossoverin carçısının yaxın günlərdə işinə başlayacaq Nyu-York avtosalonunda nümayiş etdirələcəyini də qeyd edib. Bu modelin köməkliyi ilə alman istehsalçısı krossoverlər seqmentindəki bazar payını artırmağı planlaşdırır.
Volkswagen yeni modelin istehsalına 340 milyon dollar sərmayə qoyacaqdır.
Beşyerli krossover Çattanuqada istehsal edilən üçüncü model olacaqdır. Hazırda bu zavodda Passat və yeddi yerli Atlas modelini istehsal edirlər.