Volkswagen şirkətinin kupe şəkilli sedanı olan CC modelinin xələfi Arteon adlanacaqdır. Bu barədə məlumat alman istehsalçısının dərc etdiyi tizerdə göstərilmişdir. Volkswagen şirkətindən verilən məlumatda yeni modelin təqdimatının gələn ilin mart ayında keçiriləcək Cenevrə avtoslonunda keçiriləcəyi də bildirilmişdir.
Yeni avtomobilin xarici görkəmi, keçən il Cenevrədə nümayiş etdirilmiş Sport Coupe Concept GTE konseptinin dizayn üslubunda hazırlanmışdır. Bir müddət bundan əvvəl, internet şəbəkəsində Arteon modelinin eksteryerini əks etdirən patent təsvirləri yayılmışdır. Alman şirkətinin nümayəndələrinin sözlərinə görə, Artyeon ekspressiv dizayna, haşiyəsiz qapı çüçələrinə, iri radiator barmaqlığına və 3D-effektli işıq texnikasına malik olacaqdır. Ehtimallara görə, Volkswagen Arteon modelinin qabarit uzunluğu 4870 millimetr təşkil edəcədkri ki, bu da CC modelində olduğundan 70 millimetr çoxdur.
Bildiyimiz kimi, Cenevrədə göstərilən prototip 380 at qüvvəsi gücü olan hibrid güc aqreqatı ilə təchiz edilmişdir ki, bu aqreqatın tərkibinə 3,0-litrlik turbomçühərrik daxil olmuşdur. Çox güman ki, Arteon modelinin seriya variantı da hibrid güc aqreqatı ilə təklif ediləcəkdir.