Volkswagen şirkəti, gələcək kupeşəkilli sedan olan Arteon modelinin şutinq-breyk kuzovlu variantını hazırlamaq haqqında düşünür. Bu barədə Autocar dərgisinə şirkətin yüksək səviyyəli menecerlərindən olan Elmar-Marius Liharz bildirmişdir. Liharz tamölçülü model xəttinə cavabdehdir.
Liharzın sözlərinə görə, VW şirkəti kütlənin Arteon modelinə reaksiyasını öyrənməyi planlaşdırır. Passat CC modelinin əvəzləyicisi olan modelin uğurlu başlanğıc etdiyi təqdirdə, bu ailəyə məxsus modifikasiyaların sayı artırıla bilər. Ən cəlbedici variantlardan biri də şutinq-breyk hesab edilir.
Volkswagen Arteon modelinin xarici görkəmi, keçən il Cenevrədə nümayiş etdirilmiş Sport Coupe Concept GTE konseptinin dizayn üslubunda hazırlanacaqdır. Passat modelindən bir pillə yuxarıda qərarlaşacaq avtomobil MQB modul platformasının uzadılmış variantında istehsal ediləcəkdir. Alman şirkətinin nümayəndələrinin sözlərinə görə, Artyeon ekspressiv dizayna, haşiyəsiz qapı çüçələrinə, iri radiator barmaqlığına və 3D-effektli işıq texnikasına malik olacaqdır. Ehtimallara görə, Volkswagen Arteon modelinin qabarit uzunluğu 4870 millimetr təşkil edəcədkri ki, bu da CC modelində olduğundan 70 millimetr çoxdur.
Bildiyimiz kimi, Cenevrədə göstərilən prototip 380 at qüvvəsi gücü olan hibrid güc aqreqatı ilə təchiz edilmişdir ki, bu aqreqatın tərkibinə 3,0-litrlik turbomçühərrik daxil olmuşdur. Çox güman ki, Arteon modelinin seriya variantı da hibrid güc aqreqatı ilə təklif ediləcəkdir.