Volkswagen Arteon modelinin Cenevrədəki debütündən az müddət ötməsinə baxmayaraq modelin gələcəyi haqqında müəyyən şaiyələr dolaşmağa başlamışdır.
Hetçbek kuzovlu yeni modelin satışlarına belə start verilməmişkən, artıq avtomobilin universal kuzovu alacağı barədə söz-söhbətlər meydana gəlmişdir.
Bu şayələrin artmasının və şaxələnməsinin səbəbkarı alman istehsalçısının tam ölçülü layihələr bölməsinin başçısı Elmar-Marius Liçarzdır. Şirkət nümayəndəsi Arteon modelinin uğur qazandığı halda, bu xəttdən olan model çeşidinin genişlənməsi üçün universal kuzovlu modifikasiyanın buraxılacağını istisna etməmişdir. Bir çoxları Arteonu şutinq-breyk kuzovu ilə görmək istəsələr də, avtomobil arxa qapısını qoruyaraq tam mənada universal olacaqdır.
Belə bir avtomobilin buraxılması halında universalın yük bölümünün həcmi 563 litr təşkil edə bilər. İkinci cərgənin oturacaqlarının qatlanması əlavə 904 litrlik məkanın meydana gəlməsinə səbəb olacaqdır ki, bu da 1557 litrlik yük bölümü deməkdir.