Volkswagen şirkəti Atlas modelinin ikinci nəslini daxili yanma mühərriki ilə təchiz etmək niyyətindədir. “Automotive News” nəşri ABŞ-da yaxşı tələbata malik olan Atlas krossoveri və onun beş yerlik Atlas Cross Sport versiyasının bu onilliyin ortalarında nəsilləri dəyişdirəcəyini bildirib.

Üstəlik, onlar tamamilə elektrikləşməyəcək və daxili yanma mühərrikli versiyada təklik olunacaqlar. “Motor1.com” nəşri isə, bu yaxınlarda yenilənmiş Atlas/Atlas Cross Sport modellərinin növbəti nəslinin 2026-cı ildə təqdim olunması ehtimalının yüksək olmasını qeyd edib.

Volkswagen Atlas ABŞ və Kanadadan kənarda Teramont adı ilə satılır. Model 2017-ci ildən buraxılır və 2023-cü ilin fevralında planlaşdırılmış restaylinqdən keçib. Krossover və onun beşyerlik versiyası modernləşdirilib, lakin dizayndakı dəyişikliklər dizaynla məhdudlaşmayıb: hər iki versiya gücü 273 at qüvvəsinə yüksəldilmiş turbomühərriki alıb. Bu aqreqat köhnəlmiş altısilindrli mühərriki əvəz edib. Yenilənmiş Atlas modelinin satışlarına bu ilin üçüncü rübündə start verilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.