Avropa İttifaqı əvvəlki kimi, qətiyyətlə avtomobil parkının tam elektrikləşdirilməsinə istiqamət götürüb. Bununla belə, batareyalı avtomobillər hələ də yanacaqlı analoqlarından xeyli bahadır, ona görə də təxminən 20.000 avroya başa gələn əsl xalq elektromobilinin yaradılması yerli avtomobil istehsalçıları üçün əsas məqsədə çevrilib.
Məsələn, bu yaxınlarda Renault şirkəti Twingo E-Tech hetçbekinin prototipini nümayiş etdirib. İndi isə, cavab Almaniyadan gəlib: Volkswagen ID. Every1, yəni «hər kəs üçün» elektrokar təqdim olunub.

Volkswagen şirkəti ID. Every1 modelini Volkswagen up! hetçbekinin davamçısı hesab edir, ona görə də elektromobilin dizaynı sadə və lakonik üslubdadır. Dizayn həm firma cizgilərini (məsələn, Golf modelinin üslubunda olan arxa dam dayağı), həmçinin indi dəbdə olan qara ön dayaq kimi elementləri özündə cəmləşdirir.
Dizaynerlərin fikrincə, hetçbekin ön hissəsi yüngül təbəssüm formasına malikdir və modelin səmimiliyini vurğulamalıdır. Uzunluğa görə (3880 millimetr) ID. Every1 təqaüdə çıxmış up! (3600 millimetr) və gələcək ID. 2All (4050 millimetr), eləcə də indiki Polo (4074 millimetr) modellərinin arasında yerləşir.

ID.Every1 modelinin salon bütün müasir qanunlara uyğun dizayn edilib. İki səviyyəli ön paneldə cihazlar panelinin kiçik ekranı və mediasistemin daha böyük ekranı var. Bununla belə, onların altında klimat-kontrolun, oturacaqların qızdırılmasının və audiosistemin idarə edilməsi üçün fiziki düymələr yerləşirlər.
Eyni zamanda, ID. Every1 modelinin havadan yenilnəmə üzrə geniş imkanlar təklif edən yeni proqram təminatı arxitekturasını alan ilk Volkswagen modeli olacağı xüsusilə vurğulanır. Onun sayəsində elektromobili bütün həyat dövrü boyunca yeni funksiyaları əldə edə biləcək.

Ön panelin sağ tərəfində universal istiqamətləndiricilər var ki, onların köməyi ilə ön sərnişin öz planşetini və ya xüsusi rəf-masacığı bərkidə bilər. Mərkəzi tunelin yerində çıxarıla bilən Bluetooth-dinamik var.
Ön oturacaqların arasında yerləşən dirsəkaltı-boks sürgülərdə quraşdırılıb və ikinci sıradakı sərnişinlərin ona quraşdırılmış açılan masadan istifadə etməsi üçün geri çəkilə bilər. Ön sərnişin oturacağının və arxa divanın kürək hissələri vahid müstəviyə qatlanaraq həcmli yük üçün yer boşaldır. İkinci cərgəsinin arxasındakı baqaj bölməsinin standart həcmi 305 litrdir.

Volkswagen ID. Every1 modelinin seriya versiyası alman brendinin çeşidində ən əlçatan elektromobil olacaq və ID.2all, habelə onun sürücü versiyası - ID. GTI ilə birlikdə yeni Electric Urban Car ailəsinin tərkib hissəsi olacaq.
Onların hamısı sadələşdirilmiş ön ötürməli MEB platformasında inşa ediləcəklər. Arxa elektrik mühərrikindən imtina yığcam modellərin daxili məkanını artırmağa imkan verib. Volkswagen ID. Every1 95 at qüvvəli mühərriklə təchiz ediləcək və onun maksimal sürəti 130 km/saat olacaq. Yürüş məsafəsi 250 kilometrdən az olmamalıdır.
Volkswagen şirkəti ID.Every1 modelinin seriya versiyasını 2027-ci ildə təqdim etməyi planlaşdırır. Bu müddət ərzində şirkət dörd elektromobil də daxil olmaqla, doqquz yeni modeli bazara çıxacaq.
2026-cı ildə daha böyük ID.2All modeli bazara çıxmalıdır. Əvvəlcə onun 2025-ci ildə debüt edəcəyi planlaşdırıldı.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.