Amerika Birləşmiş Ştatlarının Bonnevil duzlu gölündə keçirilən World of Speed tədbiri çərçivəsində xüsusi hazırlanmış Volkswagen Beetle avtomobili 328,195 kilometr saat həddinə qədər sürətlənmişdir. Bu alman istehsalçısı üçün mütləq rekorddur.

Bu yürüşdə avtomobilin LSR – Land Speed Record adlanan modifikasiyasından istifadə edilmişdir. Avtomobilin hazırlanması üzərində THR Manufacturing şirkətinin mütəxəssisləri işləmişdirlər. İki litrlik turbomühərriklə təchiz edilmiş model yeni turbokompressorlar, porşen və sürgü qolları, başqa bölüşdürücü vallar və yeni silindirlər başlığı əldə etmişdir. Bu dəyişikliklər sayəsində dörd silindirli mühərrikin gücü 550 at qüvvəsinə, fırlanma anı isə 570 Nm-ə qədər artmışdır. Bundan başqa, avtomobil klirensi azaldılmış və yenidən tənzimlənmiş asqı sistemi, xüsusi təkər və dislərlər, yüksək sürtünməli differensial, təhlükəsizlik karkası, yarış oturacaqları və kəmərləri, yanğınsöndürmə sistemi və iki ədəd əyləc paraşütləri ilə təchiz edilmişdir.

Hetçbek eyni zamanda interyer avadanlığının əksər hissəsindən mərum olmuşdur. Rekord yürüyüşü zamanı avtomobili automobile dərgisinin redaktoru Preston Lerner idarə etmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt