Volkswagen şirkəti seriyaya hazır olan ID.Buzz elektrik minivenini təqdim edib. 2017-ci ilin eyni adlı konseptinin motivləri üzrə yaradılmış miniveni “orijinal Bulli modelinin varisi” adlandırırlar. Seriya modeli konseptin nisbətlərini və ikirəngli boyanma sxemini də irsən alıb.

ID.Buzz modelinin əsasını alman markasının digər elektromobillərinin də inşa edildiyi MEB modul platforması təşkil edir. Minivenin təchiz edildiyi yeganə güc qurğusu hər kəsə tanışdır: bu, arxa oxda quraşdırılmış və 82 kilovat-saatlıq batareyadan qidalanan 204 at qüvvəli elektrik mühərrikidir. Ehtimal edilən yürüş ehtiyatı 400-450 kilometr olmalıdır. Minivenin maksimal sürəti 145 km/saat həddində məhdudlaşdırılıb.

Hələlik ID.Buzz miniveni 2988 millimetrlik təkər bazası olan yeganə beşyerli sərnişin versiyasında debüt edib. Lakin Cargo furqonu da rəsmi şəkillərdə göstərilib: onun yük bölümünün həcmi 3,9 kubmetrdir, ikiyerli kabini isə opsional üçyerli variant ilə əvəzləmək olar.

Minivenin salonunda ekoloji cəhətdən təmiz materiallardan və təkrar emal edilmiş plastikdən istifadə olunur. Bundan başqa, miniven üçün ön oturacaqların elektrik ötürməsi, salonun 30 rəngli atmosfer işıqlandırması, adaptiv kruiz-kontrol bəyan edilib. Zolaqda saxlama funksiyası və avtomatik əyləcləmə sistemi standart avadanlıq siyahısına daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Minivenin istehsalı alman şirkətinin Hannoverdəki zavodunda təşkil ediləcəkdir. Volkswagen ID.Buzz modelinin Hannoverdəki istehsalının 90 faizinin avtomatlaşdırıldığını bildirir. Satışlar 2022-ci ilin payızında başlamalıdır. İlkin məlumata görə, minivenin sərnişin versiyas Avropada 55 min avrodan başlayan qiymətlərlə satılacaqdır. Furqon minivendən bir neçə min avro ucuz olmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.