Volkswagen şirkəti yeni Caddy modelinin əsasında yaradılmış Mini-Camper adlı "təkərli evi" təqdim edəcəyini bəyan edib. Yeni avtomobil səyahət üçün lazım olan avadanlıq və ikimetrlik yataq ulə təchiz ediləcəkdir.
Caddy modelinin bazasında yaradılmış "təkərli ev", California və Grand California modelləri arasında yerləşəcəkdir. Yeni kemperi tündləşmə funksiyasına malik olan panoram tavan və geniş çeşiddə elektron köməkçiləri ilə təchiz edəcəkdirlər. Belə ki, avadanlıqlar arasında Travel Assist kruiz-kontrolu və qoşqu ilə arxaya hərəkəti asanlaşdıran Trailer Assist sistemi, həmçinin qapını açarkən arxadan yaxınlaşan nəqliyyat vasitələri barədə məlumat verən sistem vardır.
Volkswagen Caddy Mini-Camper modeli 75, 102 və 122 at qüvvəsinə malik 2,0-litrlik turbodizel ilə təchiz ediləcəkdir. Alternativ olaraq, 116 at qüvvəli benzin turbomühərriki də təklif olunacaqdır. Transmissiya - altı pilləli mexaniki qutu və ya yeddi pilləli DSG "robot"udur.
Volkswagen Caddy modelinin yeni nəsli bu ilin fevral ayında debüt edib. Yeni model MQB platformasında inşa edilib və daha iri ölüçləri, həmçinin tamamilə yeni eksteryer və interyer dizaynı ilə seçilir.