Volkswagen Caddy kompaktveninin beşinci nəsli səyahəti sevənlərə ünvanlanmış PanAmericana versiyasına sahib olub. Yeni modifikasiya baza furqonlarının üslubunda olan boyanmamış radiator barmaqlığı, alüminium zolağı olan tutqun qara rəngli bamperləri, qanad və kandar qoruyucuları, 17-düymlük ikirəngli Colombo diskləri, xüsusi moldinqlər və sürüşərək açılan qapıların relsləri ilə təchiz edilir.

Utilitar görünüşünə baxmayaraq, Caddy PanAmericana bahalı təchizat səviyyəsi hesab olunur, buna görə də, onun standart avadanlıq siyahısı zəngindir.

Modelin standart təchizatına tamamilə LED optika, altı hava yastığı, Innovision Cockpit rəqəmsal cihazlər paneli, 10-düymlük sensorlu ekranı olan Discover Media multimedia sistemi, dinamik xətləri olan arxa görüntü kamerası, ön şüşələrin, ön oturacaqların və şüşəyuyanların qızdırılması, elektriklə tənizmlənən güzgülər və iki zonalı iqlimə nəzarət sistemi daxildir.

Interyer tərtibatına xüsusi diqqət yetirilib: PanAmericana modeli alüminium örtüklü pedallara, daha davamlı xalılara və ikirəngli Pinestripe parçası ilə örtülmüş oturacaqlara malikdir. Kompaktvenin yükgötürmə qabiliyyəti 525 kiloqramdır.

Avropada Caddy PanAmericana modelinin alıcıları 1.5 TSI (114 at qüvvəsi və 220 Nm) və 2.0 TDI (102 at qüvvəsi və 280 Nm, və ya 122 at qüvvəsi və 320 Nm) benzin və dizel turbomühərrikləri arasında seçim edə bilərlər. Bütün modifikasiyalar 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz olunurlar, lakin 122 at qüvvəli dizel versiyası 7 pilləli DSG “robotu” və 4Motion tam ötürmə sistemi ilə təchiz edilə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Almaniyada ön ötürməli Caddy PanAmericana modelinin qiyməti 32.200 avrodan, tam ötürməli versiyanın isə 38.500 avrodan başlayır. 

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.