Volkswagen şirkətinin kommersiya avtomobilləri ilə məşğul olan bölümü yenilənmiş California 6.1 modelini təqdim edib. Təkər üzərində ev adlandırılan avtomobilin kütləvi nümayişi avqust ayının sonunda Düsseldorfda keçiriləcək sərgidə baş tutacaqdır.
Yenilənmiş VW California bazasında inşa edildiyi yenilənmiş Multivan modeli ilə eyni eksteryer dizaynına malikdir. Yenilənmiş modeli işıqdiodlarından hazırlanmış yeni ön fənərləri, təkmilləşdirilmiş duman əleyhinə fənərləri, həmçinin ön bamperin eni boyu uzanan qapa işləmə sayəsində tanımaq olar.
Salonda baş verən dəyişikliklər daha geniş xarakter daşıyır. Burada əl-üz yuyanın, plitənin, soyuducunun açılması yeni düymələrini, ikiqat USB girişini, qapılardakı alüminium dəstəkləri, həmçinin arxa dolabın jaluzisini əvəz etmiş qapıları görmək olar. Coast və Ocean təchizat səviyyələri üçün zavod istehsalı mətbəx cihazları dəsti və kresloların Palladium Grey rəngli parça örtüyü təklif edilir.
İstehsalçı çarpayıların əvvəlkindən daha rahat olduğunu bildirir. Üstəlik, bu zonanı kiçik qonaq otağına da çevirmək mümkündür. Avtomobilin «ikinci mərtəbəsi» yeni brezent «divarlar» sayəsində daha yaxşı günəşdən müdafiəyə malik olub. «Birinci mərtəbə» üçün isə əksinə, «çıxan günəş» funksiyasını tətbiq ediblər ki, tavana quraşdırılmış işıqdiodları sayəsində salondakı işığın parlaqlığını lazım olan səviyyəyə qədər artırmaq və ya azaltmaq olar.
Yenilənmələr salonun teniki hissəsinə də şamil edilib - indi VW Calfornia modelini rəqəmsal cihazlar paneli və 9,2-düymlük ekranı olan multimedia sistemi və tavanda asılan çoxfunksiyalı rəngli displey ilə təchiz etmək mümkünsür. Modelin təchizatına elektromexaniki sükan gücləndiricisi və çoxsaylı elektron yardımçılar daxil edilib. Bunlara misal olaraq, Lane Assist zolaqda saxlama funksiyasını, Side Protecton yandan zərbələrdən müdafiə sistemini, yandan əsən küləyin təsirini neytrallaşdıran Corse Wind Assist və treylerlə hərəkət zamanı yardım edən Trailer Assist sistemlərini göstərmək olar.
Yenilənmiş California 6.1 modeli 2,0-litrlik turbodizellər, 7-pilləli DSG «robotu», öndən və ya tam çəkiş sistemi ilə təklif ediləcəkdir.