Çendu avtosalonunda adı T hərfilə başlayan başqa bir Volkswagen krossoverinin təqdimatı keçirilib. Bu, Çin bazarına yönəlmiş böyük Tavendor krossoveridir. Volkswagen, modelin adının iki yunan - “tavros” (“buğa”) və esplendor (“təmtəraq”) sözlərinin birləşməsindən, ibarət olduğunu bildirib.
Yeni krossover orijinal dizaynlı qısaldılmış Teramont X modelinin analoqudur, lakin əgər Teramont X modeli SAIC-Volkswagen birgə müəssisəsində istehsal olunursa, Tavendor modeli isə, FAW-Volkswagen zavodunda buraxılacaqdır. Tavendor krossoveri Touareg modelindən böyükdür, onun əsasını isə, köndələn yerləşən mühərriki olan önötürməli MQB modul platforması təşkil edir.
Volskewagen Tavendor modelinin yalnız beşyerli olacağı məlumdur. Satışların başlanğıcında krossover idman dekoru ilə seçilən R-Line versiyasında da təklif ediləcəkdir. Salonda - vahid paneldə birləşmiş iki ekran, çox sayda sensorlu düymələr və transmissiyanın mərkəzi tuneldəki miniatür selektoru var.
Texniki baxımdan, Tavendor krossoveri Çin bazarında satılan Teramont modelini təkrarlayır. Baza mühərriki 186 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrikdir. Ötürmə - ön oxadır. Alternativ kimi, eyni mühərrikin 220 at qüvvəli versiyası təklif olunur və belə krossover artıq tam ötürməyə malikdir.
Hər iki halda güc qurğusu iki muftalı DSG “robotu” ilə birlikdə çalışır. Bir qədər sonra Talagon və Teramont modellərindən tanış olan 299 at qüvvəli 2,5-litrlik VR6 turbomühərriklə təchiz edilmiş daha güclü modifikasiya peyda olacaqdır.
Ölçülərə gəldikdə isə, Tavendor və Teramont eyni 2,98 metrlik təkər bazasına malikdirlər. Yeniliyin uzunluğu isə, 4,9 metrdən çoxdur - müqayisə üçün, Touareg modelinin uzunluğu 4,87 metrdir. Yeni Tavendor modelinin satışları 2022-ci ilin sonunda başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.