Volkswagen şirkəti artıq yeni daxili yanma mühərriklərini hazırlamayacağını və bunun əvəzinə diqqəti mövcud olan aqreqatların təkmilləşdirilməsinə yönəldəcəyini açıqlayıb. Volkswagen şirkətinin rəhbəri Ralf Brandştatterin "Automobilwoche" nəşrinə verdiyi məlumata görə, alman markası əsas diqqəti mövcud olan güc aqreqatlarının yenilənməsinə yönəldəcəkdir. Eyni zamanda, top menecer yeni daxili yanma mühərriklərinin yaradılmasının mənasız olduğunu bildirib.
Audi şirkətinin qəbul etdiyi qərar kimi, bu qərar da, Avropa Birliyinin ekoloji standartların sərtləşdirilməsi perspektivi ilə əlaqədardır: avtomobil istehsalçılarının fikrinə görə, 2027-ci ildə, daxili yanma mühərriklərinin imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq Avro-7 standartının tətbiqi planlaşdırılır ki, bu da yeni nəsil daxili yanma mühərriklərinin yaradılmasını sadəcə mənasız edir.
Eyni zamanda, Audi şirkətinin rəhbəri Markus Düsmannın sözlərinə görə, ekologiya baxımından fayda minimal olacaqdır. Buna görə də, bu şərtlər altında Avro-7 standartına uyğun olan yeni mühərriklərin yaradılmasına vəsait xərcləməyin mənası yoxdur. Nəticədə həm Volkswagen, həm də Audi şirkətlərinin əsas diqqəti mövcud aqreqatların Avropa İttifaqının yeni ekoloji direktivlərinə uyğunlaşdırmağa yönələcəkdir. Gələcək Avro-7 standartının dəqiq parametrləri ekoloqlar tərəfindən təsdiqlənməlidir: səlahiyyətli orqanlar tərəfindən azot oksidinin maksimal tullantı səviyyəsini hazırki bir kilometrə 80 milliqramdan 30 milliqrama endirələcəyi gözlənilir.