Volkswagen şirkətinin milad açıqcasında elektrik baqqisinin təsviri aşkar edilib. I.D. elektrik ailəsinin bir üzvü ola biləcək modeli yaradan zaman, alman dizaynerlər 60-cı illərin Meyers Manx və 2011-ci ilin Volkswagen buggy up! modellərindən ilham alıblar.

Dekabr ayının əvvəlində alman konserninin rəhbərliyinin elektrik baqqisinin buraxılması məsələsinə baxdığı haqqında məlumat yayılıb. İlkin məlumata görə, elektrik baqqi MEB modul platformasında inşa ediləcək və texniki olaraq I.D. hetçbekini təkrar edəcəkdir. Zahiri cəhətdən baqqi orijinal Meyers Manx modelini xatırladacaqdır.

Meyer Manx 1963-cü il

Meyers Manx bqqisi B.F.Meyers&Co firması tərəfindən 1964-71-ci illər arasında buraxılıb. 2000-ci ildə Meyers istehsalı bərpa edərək məhdud sayda baqqi buraxıb, 2002-ci ildə isə, firma Beetle modelinin platformasında inşa edilən Manxter 2+2 və Manxster Dual Sport versiyalarını təqdim edib. 2009-cu ildə avtomobilin Kick-Out Manx adlı yenilənmiş variantı işıq üzü görüb.

Volkswagen buggy up! modeli 2011-ci ildə Frankfurt avtosalonunda təqdim edilib. Şou-kar subkompakt up! modelinin bazasında inşa ediblər. Baqqi 18-düymlük təkər disklərinə, rütubət və quma davamlı salon panelləri və idarəetmə orqanları ilə təchiz edilib.

Volkswagen buggy up!