Volkswagen şirkəti 60-70-ci illərin amerikan çimərlik baqqilərinə oxşayan elektrik konsept avtomobilinin ilk təsvirlərini dərc edib. Cenevrə avtosalonunda debüt edəcək konsept MEB platformasının imkanlarını nümayiş etdirməlidir.
Dekabr ayının əvvəlində alman konserninin rəhbərliyinin elektrik baqqisinin buraxılması məsələsinə baxdığı haqqında məlumat yayılıb. İlkin məlumata görə, elektrik baqqi MEB modul platformasında inşa ediləcək və texniki olaraq I.D. hetçbekini təkrar edəcəkdir. Zahiri cəhətdən baqqi orijinal Meyers Manx modelini xatırladacaqdır.
Meyers Manx bqqisi B.F.Meyers&Co firması tərəfindən 1964-71-ci illər arasında buraxılıb. 2000-ci ildə Meyers istehsalı bərpa edərək məhdud sayda baqqi buraxıb, 2002-ci ildə isə, firma Beetle modelinin platformasında inşa edilən Manxter 2+2 və Manxster Dual Sport versiyalarını təqdim edib. 2009-cu ildə avtomobilin Kick-Out Manx adlı yenilənmiş variantı işıq üzü görüb.
Volkswagen buggy up! modeli 2011-ci ildə Frankfurt avtosalonunda təqdim edilib. Şou-kar subkompakt up! modelinin bazasında inşa ediblər. Baqqi 18-düymlük təkər disklərinə, rütubət və quma davamlı salon panelləri və idarəetmə orqanları ilə təchiz edilib.