Sonuncu Arteon Shooting Brake modeli Osnabrükdəki zavodun konveyer xəttini tərk edib. Əvvəlcə Volkswagen dəbli universalı 2026-cı ilə qədər istehsal etməyi planlaşdırırdı, lakin indi planlar dəyişib və modelin istehsalına artıq son verilib. Xatırladaq ki, liftbək kuzovlu Arteon təxminən bir ildir ki, buraxılmır.
Avropada Volkswagen Arteon universalının istehsalının dayandırılması məntiqə uyğundur, çünki dəbli şutinq-breyk alıcıları yeni Passat universalının əlindən ala bilər. Bununla belə, Çində təkcə Arteon (universal) deyil, həm də köhnə Passat CC (liftbək) hələ də satışdadır! Hər iki model hələ də dilerlərdə mövcuddur və onların təqaüdə göndəriləcəyi barədə məlumat verilməyib.
İki il əvvəl "qlobal" Arteon modelinin elektromobil ilə əvəz olunacağına hesab edilirdi, lakin yeni ID.7 ailəsi yalnız form-faktoruna görə özünün benzin sələflərinə bənzəyir. Rəqabətcil Çin bazarında yeni ailə uğursuzluğa düçar olub, hətta universalların populyar olduğu Avropada da satış rekordları vurmur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.