Volkswagen Qrupu Era-Lessin poliqonunda Future Mobility Days 2017 adlı təqdimat mərasimini keçirib. Volkswagen Group Research bölümünün nümayəndələri gələcəyə yönəlmiş ideyaları nümayiş etdiriblər.
Burada onlar alman istehsalçısının avtomobillərinin inkişaf istiqamətini göstərən Gen.E konseptual avtomobilini də nümayiş etdiriblər. Bu avtomobildə səkkizinci nəsil Golf modelinin cizgilərini də görə bilərsiniz. Almanların bildirdiyinə əsasən Gen.E yürüş ehtiyatı 400 kilometri aşan elektromobillərin yeni nəslinin carçısıdır.
Gələcəkdə tətbiq olunacaq litium batareyası avtomobilə bütün təhlükəsizlik tədbirləri nəzərə alınaraq yerləşdirilmişdir. Konseptə mövcud olan kamera və radarlar avtomobilin avtonomluğundan xəbər verir.
Alman konserninin yeni inkişaf proqramına əsasən gələcəkdə elektromobil və hibridlərə daha çox üstünlük veriləcəkdir. Şirkət nümayəndələri həmçinin minik avtomobillərində 12 və ya 48 voltluq şəbəkənin əsasında yaradılmış mülayim hibrid sisteminin və avtobanlarda gillətmə üsulu ilə getdikdə daxili yanacaq mühərrikinin södürülməsi sisitemini tətbiq edəcəklərini də bildiriblər.
Bununla paralel olaraq adi benzin-elektrik güc qurğuları da inkişaf etdiriləcəkdirlər.
Volkswagen qrupu şəhər əhalisinin çoxalmasından irəli gələn problemlərin də həll yollarını axtarmaqdadır.
Şəhər yollarının yüklənməsi problemini ictimai nəqliyyat ilə logistikanın vəhdətini yaradaraq aradan qaldırmaq təklif olunur. Bu proqram sifarış ilə işləyən avtomobillər şəbəkəsinin yaradılmasını, o cümlədən avtonom idarələnən avtomobillərin və «yaxşı məlumatlandırılan» hərəkət iştirakçılarının mövcudluğunu nəzərdə tutur. Eyni zamanda, qrup nümayəndələri avtonom idarəetmə sistemlərinin hazırlanması istiqamətinin Audi Intelligent Driving firmasına həvalə edildiyini söyləyiblər.
Onlar avtopilotların nəinki seriya minik avtomobillərində, həmçinin konsernin tərkib hissəsi olan MAN, Scania və Volkswagen Commercial Vehicles şirkətlərinin kommersiya avtomobillərində də tətbiq ediləcəyini bildiriblər.