Volkswagen şirkəti Golf GTI hetçbekinin Clubsport indeksli versiyasını təqdim edib. “Bərkgedən” hetçbek 300 at qüvvəli mühərrikə, alternetivsiz "robota" və ön ötürməyə malikdir. Clubsport versiyasının kapotu altında yerləşdirilmiş mühərrik Golf GTI modelindən tanış olan 2,0-litrlik EA888 turbomühərrikidir. Mühərrikin gücü 55 at qüvvəsi, fırlanma anı isə 30 Nm artırılıb. Nəticədə, yeddi pilləli DSG “robotu” ilə tandemdə çalışan “turbodördlüyün” hasilatı 300 at qüvvəsinə və 400 Nm-ə qədər yüksəldilib.
Golf GTI Clubsport modelini 333 at qüvvəli VW Golf R modelindən uzaqlaşdırmaq üçün, hetçbeki yalnız ön ötürmə ilə təklif edirlər.
Bununla belə, alman istehsalçısı Golf GTI Clubsport modelinin 100 km/saat həddinə neçə saniyəyə sürətləndiyini açıqlamayıb – almanlar bu işə altı saniyədən az zaman gərək olduğu bildirirlər. Müqayisə üçün, Golf GTI modeli 100 km/saat həddinə sürətlənməyə 6,2 saniyə, əvvəlki nəsildən olan 310 at qüvvəli GTI Clubsport S isə 5,8 saniyə sərf edir. Yeni Clubsport hetçbekinin maksimal sürəti elektronika tərəfindən 250 km/saatda məhdudlaşdırılıb.
Digər təkmilləşdirmələr arasında elektron differensial, sükan idarəetməsinin xüsusi tənzimləməsi və ön təkərlərin mənfi aşınma bucağına malik olan asqı vardır. “Qaynar” hetçbekin təchiz edildiyi daha böyük və yüngül əyləc diskləri əyləc sisteminin effektivliyini artırmaqla yanaşı, ressoraltı çəkiləri azaltmağa imkan verib. Bundan əlavə, GTI Clubsport modeli klirensi 15 millimetr azaldılmış asqı sistemi və aerodinamik kuzov dəsti ilə təchiz edilir.
Artıq mövcud olan Eco, Comfort, Sport və Individual idarəetmə rejimlərinə əlavə olaraq, hetçbek xüsusi Special rejimini də əldə edib. Bu rejim treklərdə maksimal hasilatı əldə etmək və Nürburqinqdə istifadə üçün nəzərdə tutulub: bu rejimdə, Clubsport modeli 12,9 kilometrlik treki adi GTI modelindən 13 saniyə daha sürətli qət edib.
Sentyabr ayında Golf ailəsinə Golf Variant universalı və Alltrack yolsuzluq versiyası qoşulub. Yeni modellər bu ilin sonuna qədər Avropa bazarında satışa çıxarılacaqdırlar. Modellərin digər bazarlardakı satışına isə, 2021-ci ildə başlanacaqdır.