Volkswagen ABŞ bazarı üçün 2027-ci il Golf GTI modelinin Rabbit Edition adlı xüsusi versiyasını hazırlayıb. Birinci nəsil adi Golf-un Amerikada Rabbit kimi satıldığı dövrə işarə edən model fərqli rəngi, qara dekor elementləri və təkmilləşdirilmiş asqısı ilə seçilir.

Rabbit Edition tünd yaşıl Dark Moss Green Metallic kuzov rənginə, qara radiator barmaqlığına, faralara, güzgü qapaqlarına, dam örtüyünə və təkər disklərinə sahibdir. Arxa qapıdakı xrom Rabbit emblemi isə retro üslubu tamamlayır. Model həmçinin 19-düymlük disklər, yay şinləri və adaptiv amortizatorlara malik DCC sistemi ilə təchiz edilib.

Salonun tərtibatında Golf GTI Clubsport modelindən ilhamlanan üzlük materiallarından istifadə olunub. Kapotun altında isə tanış 2,0-litrlik turbomühərrik yerləşir: 241 at gücü hasil edən aqreqat yalnız 7 pilləli iki muftalı avtomatik transmissiya ilə təklif olunur. Rabbit Edition üçün mexaniki transmissiya təklif edilmir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Rabbit Edition ABŞ-da 2027-ci ilin ikinci rübündə satışa çıxacaq. Qiyməti hələ açıqlanmayıb, lakin model GTI S və daha bahalı GTI SE versiyaları arasında mövqelənəcək. Bu xüsusi buraxılış Golf GTI-nın Volfsburqda istehsal edilən son versiyalarından biri də ola bilər: Volkswagen 2027-ci ildə benzin mühərrikli Golf-un istehsalını Meksikanın Puebla şəhərinə köçürməyi planlaşdırır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.