Nəsil dəyişməsindən düz bir il əvvəl Volkswagen Golf GTI hetçbeki məhdud saylı tirajla buraxılmış TCR top versiyasınə əldə etmişdi. Səkkizinci nəsil Golf modeli isə bu versiyaya daha tez sahib olacaqdır - artıq Golf GTI TCR modelinin kamuflyaj örtüyü olmayan versiyası ümumi istifadə yollarında qeydə alınıb. Bu isə "bərkgedən" hetçbekin debütünün yaxın olmasından xəbər verir.
Əvvəllər olduğu kimi, ön ötürməli Volkswagen Golf GTI TCR modeli standart GTI hetçbeki və ən ekstremal variant sayılan tam ötürməli Golf R modelinin arasında yer alacaqdır. Gözlənildiyi kimi, kapotun altında 300 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrik oyerləşəcəkdir. Bu mühərrik Golf GTI modelində 245 at qüvvəsi təklif edir.
Şəkillərdən göründüyü kimi, TCR variantı xüsusi kuzov dəsti, beşinci qapıdakı daha iri spoyler və başqa dizayna malik olan təkər diskləri ilə fərqlənəcəkdir. Şübhəsiz ki, yeni modelin şassi də təkmilləşdiriləcəkdir. Avtomobilin rəsmi təqdimatı yaxın aylarda baş tutmalıdır.