Keçən ilin payızında təqdim olunmuş səkkizinci nəsl Golf ailəsi həm kəmiyyət, həm də keyfiyyət baxımından kəskin şəkildə artıb: Volkswagen şirkəti, Cenevrə avtosalonunun açılışı ərəfəsində keçirilən ənənəvi "təqdimatlar gecəsini" gözləmədən,beş bəyan edilmiş "bərkgedən" hetçbekdən üçünü təqdim edib. Sızıntılar, tizelər və konsernin qohum modelləri haqqında məlumatlar sayəsində bu üçlük haqqında demək olar ki, hər şeyi bilirik, amma indi fotoqalereyalar və bütün detallar əlimizdədir.
Vizual olaraq, “bərkgedən” hetçbeklər adi Golf modelindən aqressiv bamperləri, işıqlandırılan radiator barmaqlığı, təkər diskləri, qara rəngli iri yan ətəkləri, damdakı spoyler və xüsusi olaraq vurğulanmış diffuzoru ilə seçilirlər. İstəkdən asılı olaraq, hetçbekləri işıqdiodlarından hazırlanmış X-şəkilli duman işıqları, standart 17-düymlük disklərin əvəzinə 18 və ya 19 düymlük təkər diskləri ilə təklif edəcəklər.
İndi, güclü modifikasiyaları səhv salmaq daha asandır. Onları bir-birilə qarışdırmamaq üçün, beşinci qapıya baxmaq kifayətdir: arxadakı VW loqotipinin altında yerləşdirilmiş yazılardan əlavə, modelləri radiator barmaqlığındakı ənənəvi qırmızı, gümüş və mavi zolaqlar sayəsində tanımaq olar. Eyni zamanda, modelləri həmçinin səsboğucu sistemin çıxış borularının yerləşməsi də büruzə verir: Golf GTI modelində onlar kənarlarda, Golf GTD modelində isə qoşalaşmış şəkildə solda yerləşdirilib. Golf GTE modelində isə, tamamilə gözəgörünməzdilər.
Volkswagen Golf GTI modelinin yeni nəsli, yeni Cupra Leon və Skoda Octavia RS modelləri kimi, 245 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik ilə təchiz edilir. Standart olaraq GTI altıpilləli mexaniki qutu ilə təklif edilir. Opsional olaraq, “qaynar” hetçbeki 7-pilləli DSG “robotu” ilə təchiz etmək olar.
Səkkizinci nəsil Volkswagen Golf GTD modeli 200 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbodizel və 7-pilləli DSG “robotu” ilə təchiz edilir.Daha əvvəl qeyd edildiyi kimi, bu mühərrik modelin tarixindəki "ən təmiz" dizeldir: aqreat azot oksidinin iki selektiv neytrallaşdırıcısı və AdBlue reaktivinin ikiqat çilənməsi ilə təchiz edilir.
Nəhayət, yeni nəsil Volkswagen Golf GTE modeli, Skoda Octavia RS iV və Cupra Leon modellərinin texniki əkizidir. Modelin güc aqreqatının tərkibinə 150 at qüvvəli 1,4-litrlik benzin turbomühərriki və 85 kilovatlıq elektromotor daxildir. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsi və 400 Nm fırlanma anıdır.
Transmissiya – 6-pilləli DSG “robotdur”. 13 kilovat-saatlıq batareyanın kifayət qədər doldurulması halında, Golf GTE hər zaman hərəkətə elektrik rejimində başlayır və daxili yanma mühərrikini enerji çatışmazlığı ilə üzləşdikdə və ya 130 km/saat həddini adladıqdan sonra işə salır. Ağıllı elektronika naviqasiya sisteminin məlumatlarına əsaslanaraq, elektrik enerjisinin istehlakını optimallaşdırmağa imkan verir. İdeal şərtlərdə, hetçebek yalnız elektrik ötürməsində istifadə edərək 60 kilometrə qədər məsafəqət edə bilər.
Bütün “qaynar” hetçbeklər idman sükan çarxı və damalı örtüyü olan oturacaqlar, 10,25-düymlük rəqəmsal cihazlar paneli, multimedia sisteminin 10-düymlük sensorlu ekranı, salonun ətraf işıqlandırması və üç rəngdə xüsusi dekor ilə təchiz ediləcəkdirlər. GTI və GTD modelləri klirensi 15 mm azaldılmış asqı ilə təklif olunacaqdırlar. Əlavə ödənişlə, “qaynar” modelləri tənzimlənən amortizatorlar, həmçinin avtomobili sərbəst şəkildə sürətləndirən, əylədən və 210 km/saat həddinə qədər sürətlərdə manevrləri həyata keçirən Travel Assist yardımçısı ilə sifariş etmək mümkündür.
Yeni modellər haqqında ətraflı məlumat Cenevrə avtosalonundakı təqdimat zamanı veriləcəkdir. Daha sonra, Golf modelinin daha iki “qaynar” versiyası təqdim ediləcəkdir - 300 at qüvvəli Golf GTI TCR və 333 at qüvvəli Golf R.