Volkswagen şirkəti “qaynar” Golf R hetçbekinin yenilənmiş variantını təqdim etmişdir. Yenilənmə nəticəsində hetçbek yeni eksteryer elementlərinə və daha güclü mühərrikə sahib olmuşdur.
Əvvəllər də olduğu kimi, Golf R modeli iki litrlik dörd silindrli turbomühərriklə təchiz edilir. Yenilənmədən sonra mühərrikin gücü artaraq 310 at qüvvəsinə, fırlanma anı isə 400 Nm-ə bərabər olmuşdur. Restaylinqdən əvvəlki Golf R 300 at qüvvəsinə və 380 Nm-ə malik idi. Avtomobil həmişəki kimi tam ötürməli çəkiş sistemi ilə təchiz edilir. Volkswagen Golf R modelinin yenilənmiş variantı 100 km/saat həddini 4,6 saniyəyə toplayır ki, bu da əvvəlkindən 0,3 saniyə yeyindir.
Qeyd etməl lazımdır ki, Golf R hetçbek kuzovu ilə yanaşı universal tipli kuzovla da tərkif ediləcəkdir. Mexaniki sürətlər qutusu ilə təchiz edilmiş hetçbekin Almaniyadakı baza qiyməti 40675 avro təşkil edir. DSG “robotu” ilə təchiz edilmiş model üçün isə 44800 avro tələb olunur. Eyni zamanda, alman istehsalçısı Golf modelinin ən ucuz variantı haqqında məlumat vermişdir. Bu modifikasiya 85 at qüvvəli 1,0-litrlik üç silindli mühərriklə təchiz ediləcəkdir. Əlçatan VW Golf 100 kilometrə 4,8 litr yanacaq sərf edəcəkdir.