Volkswagen şirkəti rəsmi olaraq yenilənmiş Golf hetçbekini təqdim etmişdir. Yenilənmiş hetçbek 1,0-litrlik üç silindrli mühərriki, tamamilə rəqəmsal cihazlar panelini, işıqdiodlarından fənələri, sensorlu düymələri olan və jestlərlə idarə edilən yeni multimedia sistemini əldə etmişdir. Sonuncu sistem ilk dəfə Golf R Touch konseptində nümayiş etdirilmişdi.
Dizayn cəhətdən yeni Golf ailəsi kosmetik dəyişikliklərə məruz qalmışdır. Model dəyişdirilmiş bamper və ön fənərlərlə, həmçinin modifikasiya və təchizatından asılı olmayaraq işıqdiodlarından olan arxa fənərlərlə təchiz edilir. Bundan başqa, adaptive kruiz-kontrol sisteminin radarını aşağı hava girişindən götürərək, radiator barmaqlığınındakı emblemin arxasına yerləşdirmişdirlər. Biksenon fənərlərin əvəzinə tamamilə işıqdiodlarından hazırlanmış ön fənərlər təklif ediləcəkdir.
Yenilənmiş model təkmilləşdirilmiş mühərriklər qammasını da əldə etmişdir ki, mühərriklər siyahısını 150 at qüvvəsi və 250 Nm fırlanma anı olan, eyni zamanda, tələb olmadıqda silindirlərinin yarısı deaktivasiya edilən 1.5-litrlik TSI mühərriki açır. Bundan başqa, bu aqreqatın 130 at qüvvəli ekoversiyası da təklif ediləcəkdir. Bu modifkasiyada gillənmə ilə hərəkət edən zaman mühərrik sönəcək və yalnız sürücünün akseleratora basdığı zaman isə düşəcəkdir.
İstehsalçı bu texnologiyanın 100 kilometrə bir litr yanacaq qənaət etməyə imkan yaratdığını iddia edir.
Yenilənmədən sonra «qaynar» Volkswagen Golf GTI modelinin 2,0-litrlik mühərrikinin gücü 230 at qüvvəsinə qədər artırılmışdır. Daha güclü Golf GTI Performance variantı isə artıq 245 at qüvvəsinə malik olan mühərrikə sahib olmuşdur. Bundan əlavə yeni yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu hazırlanmışdır ki, bu qutu dı tədricən altı pilləli DSG «robotunu» əvəz edəcəkdir.
Yenilənmiş Golf modeli 12,3-düymlük virtual cihazlar paneli, smartfonların naqilsiz doldurulması, Wi-Fi giriş nöqtəsi, və yeni multimedia sistemləri xətti ilə təchiz edilir.
Hetçbekin top-variantı jestlərlə idarə edilən multimedia sistemi ilə də təchiz edilə bilər.
Bundan əlavə, Golf modeli öz sinifində ilk dəfə olaraq sərnişinlərin profilaktik müdafiə sistemi ilə təchiz edilir ki, qəza təhlükəsi olarsa, bu sistem pəncərə və lyuku bağalyır, elektronika isə təhlükəsizlik yastıqlarını doldurmağa hazırlayır və təhlükəsizlik kəmərlərini tarıma çəkir. Yenilənmiş hetçbek həmçinin təkmilləşdirilmiş avtomatik parketmə sistemi, zolaqlara nəzarət, avtomobili sərbəst şəkildə saxlayıb sonra isə hərəkətə gətirə bilən «tıxac» avtopilotu ilə təchiz edilir.
Yenilənmiş Volkswagen Golf modeli gələn ilin aprel ayından başlayaraq Avropada satılacaqdır. Modelin növbəti doqquzuncu nəsli 2019-cu ildə debüt edəcəkdir.