İsveçrədə keçirilən ID Meeting tədbirində xüsusi ID.3 GTX hetçbeki debüt edib. Bu, 1990-cı illərin əvvəllərində təqribən 17 min nüsxəlik tirajla buraxılmış əfsanəvi Golf Mk2 Fire and Ice avtomobilinin yeni təfsiridir. Müasir və tam elektrik iterasiyası Münhendə fəaliyyət göstərən Bogner idman geyim markası ilə birlikdə yaradılıb və top GTX Performance versiyasına əsaslanır.

Hər şeydən əvvəl, ID.3 GTX Fire+Ice hot-hetçi eksteryer boyası ilə seçilir – bu, otuz il əvvəlki Golf hetçbekində olduğu kimi, xırda şüşə muncuqlar effekti olan tünd bənövşəyi rəngli eksklüziv üç qatlı örtükdür. Boya işıqlandırmadan asılı olaraq rəngini tünd mavidən bənövşəyi və ya hətta qara rəngə dəyişə bilər.

21 düymlük təkər diskləri də xüsusi olaraq hazırlanıb və mavi anodlaşdırılmış boya ilə örtülüb. Yan divarlar tutqun əsaslı naxışlarla bəzədilib, mərkəzi sütunda və spoylerdə klassik Fire+Ice nişanı yerləşdirilib.

Eyni nişan salonda da var, vizual olaraq "isti" və "soyuq" tərəflərə bölünür: o, oturacaqların iki rəngli daxili bəzəklərində gizlidir (90-cı illərin Golf modelinə hörmət əlamətidir) və onu görmək üçün bəndi açmaq gərəkdir. Pedallar da daxil olmaqla digər hissələr od və buz emblemləri ilə işarələnib. İnteryerin üzlənməsində də Bogner parçalardan istifadə olunub.

ID.3 GTX Fire+Ice hetçbeki bu modelin çeşidindəki ən güclü qurğuya malikdir – o, Performance versiyasından götürülüb. Güc qurğusu 326 at qüvvəsi və 545 Nm fırlanma anı hasil edir və avtomobili yerindən 100 km/saata 5,7 saniyəyə sürətləndirir. 79 kilovat/saatlıq batareya 601 kilometrə qədər yürüş məsafəsini təmin edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Qaynar” elektromobilləri üçün yaradılmış GTX indeksi tezliklə tarixə qovuşacaq. May ayında Volkswagen gələcəkdə GTX modifikasiyaları çeşidini inkişaf etdirməyəcəyini bəyan edib: bunun əvəzinə istehsalçı diqqətini GTI və R xətlərinin inkişafına yönəldəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.