Volkswagen markasının ən güclü elektrokarı olan və yeganə nüsxədə inşa edilmiş “qaynar” ID.X hetçbeki seriyaya gedəcəkdir. Bunu, Münhendə keçirilən IAA Mobility sərgisində iştirak edən Volkswagen konserninin minik avtomobilləri bölməsinin rəhbəri Ralf Brandştetter Britaniyanın Auto Express nəşrinə söyləyib.

Top menecer “qaynar” elektrik hetçbebinin buraxılması qərarının artıq qəbul edildiyini və ID.3 modelinin ikimühərrikli versiyasının yeni GTX subbrendi altında seriyaya gedəcəyini təsdiqləyib. Bu subbrend, Volkswagen tərəfindən, GTI, GTD və GTE indekslərinin bənzəri olaraq, “qaynar” elektrokarlar üçün təsis edilib. 

Eyni zamanda, Brandştetter ID.3 GTX hetçbekinin konsept qədər güclü olmayacağını da qeyd edib. Xatırladaq ki, ID.X modelinin güc qurğusu 333 at qüvvəsi hasil edirdisə, ID.3 GTX modeli cəmi 299 at qüvvəsinə malik olacaqdır.

Məlum məsələdir ki, seriya hetçbeki 100 km/saat həddinə prototip kimi 5,3 saniyəyə deyil, 6,0 saniyəyə sürətlənəcəkdir.  Görünən odur ki, alman istehsalçısı ID.3 GTX R modeli üçün yer saxlayır.

Image alt Image alt Image alt Image alt

ID.X prototipi 200 kiloqram yüngülləşdirilmiş çəkiyə, yeni şassi tənzimləmələri və mediasistemin genişləndirilmiş imkanları ilə fərqlənirdi. Lakin ID.3 GTX modelinin belə göstəricilər ilə öyünə biləcəyini güman etmirik.

ID.3 Convertible kabrioleti barədə suala cavab verən Brandştetter bunları söyləyib: “Qərar hələlik qəbul olunnayıb, lakin belə bir konsepti hazırlayırıq. Mən onu idarə etmişəm və çox xoşuma gəlib. Təbiətlə təklikdə olanda heç nə eşidilmir - yalnız küləyi və sürətlənməni hiss edirsiniz. Bu tamamilə başqa və həqiqətən də gözəl bir hissdir”.   

ütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.