Volkswagen ID.3 GTI modelini təqdim edib. Elektrikli hetçbek GTI modellərinin tarixində yeni səhifə açır: əfsanəvi indeksə malik olan model ilk dəfə arxa ötürmə sistemi ilə təklif edilir. Eyni zamanda, 326 at gücü onu GTI adını daşıyan ən güclü Volkswagen avtomobilinə çevrib.

ID.3 GTI-nin arxa oxunda yerləşən elektrik mühərriki 326 at gücü və 545 Nm fırlanma anı hasil edir. Avtomobil 0-dan 100 km/saatadək 5,6 saniyəyə sürətlənir. Müqayisə üçün, 325 at gücünə malik olan benzin mühərrikli Golf GTI Edition 50 bu tapşırığı 5,3 saniyəyə yerinə yetirir. 226 at güclü Polo GTI-də isə 0-dan 100 km/saata sürətlənmə 6,8 saniyə çəkir.

Yeni model 79 kilovat/saatlıq dartma batareyası ilə təchiz olunub. WLTP standartına əsasən, ID.3 GTI dolu batareya ilə 601 kilometrədək məsafə qət edə bilir. 183 kilovat gücündə sürətli şarj sistemi batareyanı 10%-dən 80%-ə cəmi 29 dəqiqəyə doldurmağa imkan verir.

ID.3 GTI-nin dizaynında ənənəvi GTI elementləri elektromobilin üslubu ilə birləşdirilib. Matrisa fənərlərin arasında qırmızı GTI zolağı, ön bamperdəki qırmızı detallar və 20-düymlük qara Wörthersee disklərimodelin idman xarakterini vurğulayır. İnteryerdə isə kovşəkilli oturacaqlar və sükan üzərində GTI modellərinə xas “sıfır” işarəsi diqqəti çəkir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen ID.3 GTI üçün adaptiv amortizatorların, yayların və stabilizatorların xüsusi sazlamalarını hazırlayıb. Sükan üzərindəki işıqlı düymə ilə aktivləşdirilən GTI rejimi mühərrikin, sükanın və şassinin parametrlərini daha yüksək məhsuldarlığa uyğunlaşdırır.

Volkswagen ID.3 GTI 2027-ci ilin əvvəlində Avropa bazarına çıxacaq. Modelin qiyməti hələlik açıqlanmayıb.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.