Volkswagen şirkəti yaxın beş il ərzində ID.3 ailəsini genişləndirməyi planlaşdırır. İlk növbədə, elektrik hetçbeki R indeksli varianta sahib olacaqdır. VW ID.3 R daha güclü elektromotorlarla təchiz ediləcək və Golf GTI modelindən yeyin olacaqdır.
Alman şirkətinin satış və marketinq sahəsinə cavabdeh olan nümayəndəsi Yurgen Ştakmann “R” məhfumunun elektrokarlar aləmi üçün yenidən dərk edilməli olduğunu bildirib. Bununla belə, VW ID.3 R modelinin daha dinamik və “uzunməsafəli” olacağından şübhə etməmək olar. İşləmələr bölümünün rəhbəri Frank Velş belə elektromobillərin Golf GTI və Golf R modellərinin idarəetmə təcrübəsindən yararlanacağını bildirib.
“Qaynar” Volkswagen ID.3 R modeli 2024-cü ilə qədər işıq üzü görməlidir. R indeksli elektrokar iki elektromotora və müvafiq olaraq, tam ötürməli çəkişə sahib olacaqdır. Elektrokarın dinamik xüsusiyyətlərinin Golf GTI TCR modelindən də yaxşı olacağı bildirilib. Volkswagen ID.3 R hetçbeki 100 km/saat həddini 5,6 saniyədən az müddətə toplamalıdır.