Volkswagen sentyabr ayının əvvəlində ID.4 modelini ayın sonuna qədər təqdim edəcəyini açıqlayıb. Bir müddət bundan öncə, istehsalçı elektrik krossoverinin yolsuzluqdakı imkanlarını nümayiş etdirən videoçarxı yaymışdı. Bu gün isə, alman istehsalçısı elektrik krossoverinin sürətli yüklənmə imkanlarını mümayiş etdirən videoçarxı dərc edib.
Əslində, cüzi kamuflyaja və yayındırıcı örtmələrə malik olan ID.4 modelinin cəsarətli dizaynı avqustun sonunda dizayner eskizləri vasitəsi ilə açıqlanıb. Eyni zamanda, Volkswagen şirkəti bir müddət bundan öncə, elektrik krossoverinin interyer dizaynını nümayiş etdirən rəsmi şəkilləri də dərc etmişdi.