Volkswagen şirkəti yüngül kamuflyaja malik olan ID.4 elektrik krossoverinin yolsuzluqda sınaqdan keçirildiyini göstərən videoçarxı nümayiş etdirib. Volkswagen şirkəti ID.4 modelini ayın sonuna qədər təqdim etməlidir. Avropada elektrik krossoverinə sifarişlərin qəbuluna 24 sentyabr tarixində başlanacaqdır.
Dərc edilən videoçarxdan göründüyü kimi, ID.4 modelinin ölçülərini Volkswagen Tiguan kimi adi daxili yanma mühərriki olan krossoverlə ilə müqayisə etmək mümkündür. Bununla birlikdə, tamötürməli elektrik krossoveri ən azından hər iki oxdakı sabit dartma gücü, həmçinin ilə yanaşı sıfır dövr/dəqiqədən əldə edilən fırlanma anı ilə öyünə biləcəkdir.
Videoda eyni zamanda ID.4 modelinin qoşqunu yedəyə götürdüyü də göstərilir. Şirkət qoşqunun maksimal çəkisini də dəqiqləşdirib - 1900 kiloqram. Bu, belə yığcam bir avtomobil üçün olduqca yaxşı göstəricidir.
Volkswagen qrupunun MEB platforması üzərində qurulmuş digər krossoverlərinin də, ID.4 modelinin nümayiş etdirdiyi bütün xüsusiyyətlərə sahib olacağını əminliklə söyləmək olar. Hələlik, belə krossoverlərə misal kimi Skoda Enyaq iV və Audi Q4 e-tron modellərini göstərmək olar. Gələcəkdə oxşar krossoverin Seat markasından da gözləmək olar.
Əvvəllər bildirildiyi kimi, ID.4 modelinin top versiyası 77 kilovat-saatlıq batareya və ümumi gücü 306 at qüvvəsi olan iki elektrik mühərriki ilə təchiz ediləcəkdir. WLTP dövrünə əsasən maksimal yürüş ehtiyatı 500 kilometrin üzərində olacaqdır.