Volkswagen şirkəti ID xəttindən olan yeni modelin şəkillərini və videosunu paylaşıb: söhbət kupeşəkilli ID.5 GTX krossoverindən gedir. Yeni elektrik krossoverinin kütləvi debütü 2021-ci ilin sentyabr ayında keçiriləcək Münhen avtosalonunda baş tutacaqdır.
Yeni elektrokar ID.3 hetçbeki, ID.4 krossoveri və yeddi yerlik ID.6 krossoverinin əsasını təşkil edən MEB platformasında inşa edilən ilk kross-kupe olacaqdır. Elektrokarın adındakı GTX prefiksi, Münhendə krossoverin 299 at qüvvəli güc qurğusuna malik olan “bərkgedən” versiyasının nümayiş olunacağını göstərir.
Şəkillərdə parlaq kamuflyaj ilə örtülmüş iseriya öncəsi prototip nümayiş olunur. Kross-kupenin “idman” atributları arasında bagaj qapısındakı spoyler və bu yaxınlarda təqdim edilmiş ID.4 GTX modelinin üslubunda kuzov dəsti var.
Çox güman ki, ID.5 GTX modeli də adı çəkilən krossoverdə olduğu kimi, arxa oxda quraşdırılmış 204 at qüvvəli elektrik mühərrikini və ön tərəfdə əlavə mühərriki olan güc qurğusunu alacaqdır.
İkimühərrikli güc qurğusunun ümumi hasilatı 299 at qüvvə olan elektrik mühərriki olan elektrik stansiyasını miras alacaq. Üstəlik, maksimum güc yalnız 30 saniyə ərzində əlçatandır.
Yeni elektrokarın 77 kilovat-saatlıq batareya ilə təchiz olunacağı gözlənilir ki, bu da WLTP dövrü əsasən 497 kilometrlik yürüş ehtiyatı deməkdir. Xatırladaq ki, bu adi kuzovlu ID.4 GTX modelində olduğundan 17 kilometr çoxdur.
Yeni krossoverin dinamik xüsusiyyətləri və qiyməti hələlik açıqlanmayıb. Çox güman ki, ID.5 GTX modeli 100 km/saat həddinə ID.4 GTX modelindən daha yeyin sürətlənəcəkdir. Xatırladaq ki, sonuncu model bu işə 6,2 saniyə sərf edir. Kross-kupenin qiyməti də daha yüksək ola bilər: Almaniyada ID.4 GTX modelinin qiyməti 50,4 min avrodan başlayır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.