Bu günlərdə Skandinaviyada casuslara maraqlı bir krossover rast gəlib. İlk baxışdan prototip Peugeot 5008 krossoverinə bənzəsə də, əslində bu avtomobil Volkswagen şirkətinin flaqman elektrik krossoveri olacaq ID.6 modelinin sınaq prototipidir. Çin və ABŞ bazarlarında satılacaq krossover MEB modul platformasında inşa ediləcəkdir.
ID.6 modelinin carçısı ilk dəfə keçən il Şanxayda keçirilən avtosalonda nümayiş etdirilmişdi. O zaman krossover ziyarətçilərin qarşında ID.Roomzz konsepti kimi nümayiş etdirilmişdi.
Prototipin Peugeot 5008 modelinə bənzədilməsinə baxmayaraq, gələcək elektrik krossoverinin eksteryeri dizaynı barədə müəyyən mülahizə yürütmək olar. Dərc edilmiş şəkillərdən göründüyü kimi, seriya krossoveri konseptin ümumi kuzov quruluşunu qouyub-saxlayacaqdır. Çox güman ki, futuristik dizayna malik olan işıq texnikası daha ənənəvi fənərlərlə əvəzlənəcəkdir. C-şəkilli gündüz hərəkət işıqları olan ön bamper də ənənəvi formaya malikdir.
Arxa hissənin dizaynı ID.4 modelini xatırlatsa da, kuzovun ölçüləri modelin salonunda üç oturacaq cərgəsinin quraşdıralacağından xəbər verir. Eyni zamanda, baqaj qapağının forması, arxa spoyler bu elementlərin ID.4 modelindəki elementlərin bir qədər böyüdülmüş surətinin olduğunu göstərir.
Məlum məsələdir ki, flaqman elektrokrossoverinin interyeri ID ailəsinin üslubunda dizayna malik olacaqdır. Salonda yığcam virtual cihazlar paneli olan ön paneli, habelə məlumat-əyləncə mərkəzinin ön panelin üzərində yerləşdirilmiş displeyini görmək mümkün olacaqdır. Bundan başqa, alıcılar tərtibində ekoloji cəhətdən təmiz materiallardan istifadə olunan interyeri əldə edəcəkdirlər. Belə materiallara misal olaraq, emal edilmiş plastik şüşələrdən hazırlanmış ArtVelours parçasını göstərmək olar.
Çox güman ki, MEB platformasında inşa edilən ID.6 krossoverinin top variantı 306 at qüvvəsi hasil ikimühərrikli elektrik güc qurğusu ilə hərəkətə gələcəkdir. Top krossover 100 km/saat həddinə süətlənməyə yeddi saniyədən az vaxt sərf etməlidir. Maksimal sürətin 180 km/saat olacağı gözlənilir. 82 kilovat-saatlıq batareya sayəsində krossover 450 kilometr məsafə qət edəcəkdir.