Volkswagen ID.7 ailəsinin Avropadakı çeşidi yeni modifikasiyalarla tamamlanıb: qiyməti 63 155 avro başlayan “bərkgedən” ID.7 GTX liftbəkinin və avropalılara 63 955 avroya başa gələcək ID.7 GTX Tourer universalının, habelə ID.7 Pro S modelinin satışlarına başlanılıb. S indeksli liftbək və universalı müvafiq olaraq, 58 985 və 59 785 avrodan başlayan qiymətlərlə satılacaqlar.

Sadalanan versiyalar arasında ən maraqlısı Volkswagen brendinin tarixindəki ən güclü universal adlandırılan ID.7 GTX Tourer modelidir. O, martın ortalarında debüt edib və Avropadakı dilerlər artıq ona sifarişləri qəbul edirlər.

“Bərkgedən” universal 340 at qüvvəli ikimühərrikli güc qurğusu ilə hərəkətə gəlir, tam ötürməyə və “idman” kuzov dəstinə malikdir. 86 kilovat-saat tutumlu batareya universalı 620 kilometrdən çox yürüş ehtiyatı ilə təmin edir. Enerji ehtiyatının 10 faizdən 80 faizə qədərini təxminən 26 dəqiqə ərzində artırmaq olar.

ID.7 Pro S prefiksli modifikasiyalar üçün batareyanın tutumu Pro versiyası ilə müqayisədə 77 kilovat-saata qədər artırılıb. Nəticədə, liftbək şarj etmədən WLTP dövrünə əsasən 709 kilometr, universal isə 690 kilometr məsafə qət edə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen ID.7 ailəsinin elektromobilləri artıq ID.4 krossoverlərinin yığıldığı Emdendəki zavodda istehsal olunurlar.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.