Volkswagen konserni ID.3, ID.4 və ID.5 elektromobillərinin yükləmə qurğusunun sürətini artıracaqdır. 150 kilovat gücündə yükləmə qurğularını dəstəkləməyə imkan verəcək proqram təminatının yenilənməsi 2022-ci ilin əvvəlində əlçatan olacaqdır - yeni proqram təminatı bütün elektrokarlara onlayn rejimində quraşdırılacaq, lakin yenilənməni ilk alanlar ən bahalı təchizat səviyyələri olacaqdırlar. Növbəti yenilənmə ID xəttindən olan elektrokarlara ikitərəfli şarj funksiyasını gətirəcəkdir.

Proqram təminatının yenilənməsindən sonra, ən güclü 77 kilovat-saatlıq batareya ilə təchiz edilmiş ID.3 və ID.4 modellərinin icazə verilən maksimal yükləmə gücü 125-dən 135 kilovata, ID.5 GTX modelinin isə 150 kilovata qədər artırılacaqdır. Bu, batareyanın 5 faizindən 80 faizinə qədər qoldurulması müddətini doqquz dəqiqə azaldacaqdır.

Növbəti proqram təminatının yenilənməsi ID ailəsini ikitərəfli elektrik yükləmə dəstəyi ilə təmin etməlidir - ilkin olaraq, belə funksiyanı ən güclü batareyalara malik olan Volkswagen elektrokarları alacaqdırlar. Yenilənməni quraşdırdıqdan sonra, bir elektrokarı digərinə və yaxud mənizilin elektrik şəbəkəsinə qoşmaq və avtomobilin batareyasını elektrik enerjisi mənbəyi kimi istifadə etmək mümkün olacaqdır.