Volkswagen kommersiya avtomobilləri istehsal edən Volkswagen Commercial Vehicles şirkəti ID. Buzz elektrik furqonunun Almaniyanın Hannover şəhərindəki istehsalını dayandırmaq məcburiyyətində qalıb.Bullinin "batareyalı" varisinin istehsalına 2 iyun 2022-ci il tarixində başlanılıb, lakin, buna baxmayaraq, şirkətin gözlənilmədən yeni təchizatçı tərəfindən tədrük edilən batareyalar ilə bağlı problemləri yaranıb.

Bu barədə, Hannoversche Allgemeine Zeitung nəşri xəbər verir. Nəşrin məlumatına görə, istehsal “ən azı bir həftə” dayandıralacaqdır.

Volkswagen batareya modullarının defekti ilə üzləşib: onların səmərələliyi gərginliyin düşməsi səbəbindən elan edilmiş dəyərə uyğun gəlmir, nəticədə furqonun yürüş məsafəsi azalır. ID. Buzz furqonu üçün batareyaları yeni təchizatçı tədrük edir, lakin onun MEB modul platformasında inşa edilmiş digər modellər ilə əlaqəsi yoxdur. Bununla belə, Volkswagen tədarükçü barədə təfərrüatları açıqlamır.

Şirkət nümayəndəsinin sözlərinə görə, problem yalnız Hannoverdəki istehsala təsir edib. Yeni təchizatçının batareyalarının daha sonra digər modellərdə də istifadə ediləcəyi planlaşdırılsa da, indi Volkswagen bu planı təxirə salmaq məcburiyyətində qalacaqdır.

İyunun əvvəlindən bəri Hannoverdəki zavodun konveyer xəttindən təxminən beş yüzə yaxın ID.Buzz  furqonu çıxıb.  Bununla belə, InsideEVs nəşrinin məlumatına görə, hələlik onların bir nüsxə belə  müştərilərə çatdırılmayıb ki, bu da problemli batareyaların dəyişdirilməsi işini xeyli asanlaşdırır.

Bu il Volkswagen Commercial Vehicles şirkəti təxminən 15 000 elektrik furqonunu istehsal etməyi, sonra isə yığım həcmini ildə 130 000 ədədə çatdırmağı planlaşdırır. ID. Buzz modelinə sifarişlərin qəbuluna may ayında başlanıb: yük versiyasının qiyməti 54 min avrodan (97 min manat), sərnişin versiyası isə 64 min (115 min manat) avrodan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.