Volkswagen öz elektromobillərinin ən güclü və sürücüyə ünvanlanmış versiyalarını işarələmək üçün GTX indeksindən istifadə edir. Üç il əvvəl bu xəttin ilk üzvləri ID.4 GTX və ID.5 GTX krossoverləri olublar. Bir müddət bundan əvvəl isə, onlara ID.3 GTX hetçbeki və ID.7 GTX Tourer universalı qoşulub. İndi isə, bu seriyanın beşinci modeli hazırdır - Volkswagen ID. Buzz GTX elektrik miniveni həm standart, həm də uzunbazalı versiyada təklif edilir.

Güclü elektrik miniveni GTX qəbiləsinin digər nümayəndələrindəkinə bənzəyən aqressiv anturajı əldə edib. Məsələn, hava kanallarının iri hüceyrəli barmaqlığı və iki seksiyalı gündüz hərəkət işıqları olan yeni ön bamper quraşdırılıb. Bununla belə, arxa tərəfdə hər şey əvvəlki kimidir, iki rəngli biyama sxemi isə, artıq mülki versiyalarda da mövcuddur.

Düzdür, GTX versiyası üçün gümüşü Mono rəngli yuxarı hissəsi olan eksklüziv qırmızı Cherry rəngli kuzov təklif edir. Standart təkər diskləri 20 düymlükdür, lakin əlavə ödəniş müqabilində iki tərtibat variantına malik olan 21-düymlük təkər disklərini sifariş etmək olar.

GTX versiyasının interyeri mülki minivenlərin işıqlı salonundan fərqli olaraq qara tonlarda tərtib edilib, üstəlik o, bolluca qırmızı aksentlər və tikişlərlə bəzədilib. Oturacaq üzlüyünün mərkəzi hissəsi rombşəkilli naxışları olan mikrofiberdən hazırlanıb.

Salonda beşdən yeddi yerə qədər oturacaq ola bilər: üçüncü sıra isə, uzunbazalı versiya üçün opsiyadır. Əlbəttə ki, miniven ən geniş transformasiya imkanları ilə öyünə bilər,  uzunbazalı versiyanın baqaj bölməsinin tutumu isə, 2469 litrə çatır.

ID. Buzz GTX modelinin əsas texniki xüsusiyyəti, adi versiyalarda mövcud olmayan tam ötürmə sisteminin peyda olmasıdır.

Buradakı mühərriklər ID.7 GTX Tourer universalı ilə eynidir: öndəki 109, arxadakı 286 at qüvvəsi hasil edir və onların ümumi gücü də 340 at qüvvəsi həddində məhdudlaşdırılır. Qısa və uzun bazalı minivenlərin ilk “yüzlüyə” sürətlənməsi 6,5 saniyə çəkir.

Bununla belə, uzunbazalı ID. Buzz GTX nəinki daha böyükdür, həm də daha tutumli və ağır olan 86 kilovat/saatlıq batareyaya malikdir. Standart versiyada isə,79 kilovat/saatlıq batareya quraşdırılır. Hər iki batareya 200 kilovata qədər sürətli doldurmanı dəstəkləyir və onları yarım saatdan az müddətdə 20-80% doldurmaq olar. 

Tam ötürmə və güclü elektrik mühərriklərinin “yan” təsiri yedəkləmə imkanlarının nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmasıdır: qısa bazalı ID.Buzz GTX 1800 kiloqrama qədər (+ 800 kiloqram), uzun bazalı isə, 1600 kiloqrama (+ 600 kiloqrama) çəkisi olan qoşqunu yedəyə götürə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropalı alıcılar Volkswagen ID. Buzz GTX modelini artıq yayda sifariş edə biləcəklər, qiymətlər də həmin zaman açıqlanacaqlar. Əmtəə avtomobillərinin çatdırılmasına bu ilin ikinci yarısında başlamaq planlaşdırılır. Maraqlıdır ki, Şimali Amerika bazarı üçün elektrik furqonunun güclü tamötürməli versiyası da hazırlanıb, lakin idman anturajı və GTX ad lövhələri olmadan.

Bu versiya haqqında təfərrüatlar daha sonra açıqlanacaqlar. Bununla belə, əvvəllər vəd olunan ID. Buzz California kemperi pauzaya qoyulub: tədqiqatlar budar  bazar seqmentinin hələ də elektromobillər üçün hazır olmadığını göstərib.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.