Volkswagen ID. Buzz elektrik miniveni ötən ilin yazında debüt edib və yalnız indi onun çeşidində ilk genişlənmə baş verib: minivenin uzunbazalı sərnişin versiyası təqdim olunub. Əlavə ödəniş müqabilində uzunbazalı miniveni üçüncü oturacaq cərgəsi ilə də sifariş etmək mümkündür. Minivenin təkər bazası 250 millimetr uzanaraq 3239 millimetrə bərabər olub. Bu, MEB modul platforması üçün yeni rekorddur.

Kuzovun arxa çıxışı standart olaraq qalıb, buna görə də minivenin ümumi uzunluğu eyni 250 millimetr artaraq 4962 millimetrə çatıb. Bu artımın 190 millimetri sürüşərək açılan arxa qapıların, qalan 60 millimetri isə ön qapıların payına düşüb. Yəni, məkan artımını təkcə arxa sərnişinlər deyil, həm də ön sərnişinlər hiss edəcəklər.

Opsional üçüncü cərgə iki sərnişin üçün nəzərdə tutulub. Maraqlıdır ki, baqajın üzlüyünə quraşdırılmış yumşaq dirsəkaltılar və stəkan tutacaqları ID. Buzz modelində əvvəlcə də var idi: Volkswagen bütün sərnişin versiyaları üçün eyni daxili panellərdən istifadə edir.

İkinci cərgədə üç nəfərlik divan standart olaraq quraşdırılıb, lakin bir müddət sonra ayrıca “kapitan” kreslolarını sifariş etmək imkanı da olacaqdır. Üçüncü cərgənin arxasındakı baqaj bölümünün həcmi 306 litrdir.

İkinci və üçüncü cərgələrin oturacaqlarının qatlanması halında bu rəqəm 2469 litrə çatır. Bu cərgələrin qatlanması halında rəvan sahə əldə etmək üçün, ikinci döşəmənin baqaj bölməsində yerləşdirilmiş əlavə paneli nəzərdə tutulub.

Uzunbazalı versiyada, daha sonra qısabazalı minivenlərdə peyda olacaq yeni opsiyalar debüt edib. Opsiyalar arasında sürücünün qarşısındakı proyeksiya displeyi, ön oturacaqların havalandırması, həmçinin 1,54 metr uzunluğunda elektroxrom şüşəsi olan panoram dam var. Şüşənin şəffaflığını salondakı düyməyə basmaqla dəyişdirmək mümkündür. Təkmilləşdirilmiş onlayn imkanlara malik olan yenilənmiş media sistemi Volkswagen ID.7 liftbəkindəki kimidir.

Güc qurğusunun yeni variantı da elektrik liftbəkindən götürülüb. Bu, arxa oxda yerləşən yeni nəsil APP550 elektrik mühərriki (286 at qüvvəsi, 550 Nm) və istilik nasosu olan istilik tənzimləmə sistemi ilə təchiz edilmiş effektiv tutumu 85 kilovat-saat olan dartma batareyasıdır. Belə ID. Buzz miniveni 100 km/saata 7,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 160 km/saat həddində məhdudlaşdırılıb. Minivenin yürüş ehtiyatı haqqında məlumat hələlik açıqlanmayıb.

Image alt Image alt Image alt

Qeyd etmək gərəkdir ki, belə bir mühərrik və batareya əlavə ödəniş qarşılığında təklif ediləcəkdir. Uzunbazalı ID.Buzz minivenin baza versiyası isə standart miniven ilə eyni güc qurğusu ilə təchiz edilir: bu, 204 at qüvvəli elektrik mühərriki və effektiv tutumu 77 kilovat olan dartma batareyasıdır.

Uzunbazalı minivenin maksimal sürəti 145 km/saatdır. Daha sonra isə, 100 km/saata 6,4 saniyəyə sürətlənə bilən iki elektrik mühərriki (339 at qüvvəli) ilə hərəkətə gələn tamötürməli Volkswagen ID.Buzz GTX versiyası, habelə ID. Buzz California kemperi peyda olmalıdır. Hər iki versiya da uzun təkər bazasına və böyük batareyaya malik olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Uzunbazalı minivenlər yalnız 2024-cü ilin əvvəlində satışa çıxacaqlar, ona görə də onların qiymət hələlik açıqlanmayıb. Adi ID. Buzz sərnişin miniveni Avropada 65 min avrodan başlayan qiymətlə satılır. ABŞ və Kanada bazarlarında isə uzunbazalı versiya təklif edilən yeganə versiya olacaq: Volkswagen 20 illik fasilədən sonra minivenin yerli bazarlara təntənli şəkildə qayıtdığını elan edib. Əvvəlki arxa mühərrikli T1, T2 və T3 minivenləri burada çox məşhur idi. T4 ailəsi isə, sələflərinin uğurunu təkrarlaya bilmədi və alman istehsalçısını növbəti T5 modelini okeanın o tayına göndərməkdən imtina etdi.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.