Hollandiyada fəaliyyət göstərən Porsche Classic Center Gelderland dileri mərkəzi unikal Volkswagen ID.Buzz minivenini hazırlayıb. O, Porsche 911 Dakar modeli üçün təklif olunan livreyalardan birinin üslubunda tərtibatı alıb. Elektrik furqonu superkarın daşınması üçün dəbli yedəkçi kimi istifadə oluna bilər.
Porsche Rothmans yarış livreyaları avtoidmandakı ən məşhur livreyalardan biri hesab olunur. Lakin minivenin livreyası orijinal ilə müqayisədə bir neçə fərqə malikdir. Məsələn, tütün markasının əvəzinə avtomobillərin üzərində Roush road (“kələ-kötür yollar”) sözləri yazılıb.
"Bərkgedən" 911 sportkarından fərqli olaraq, Volkswagen miniveni standart versiyadadır. Bu isə, 286 at qüvvəli elektrik mühərriki olan arxa ötürməli versiya deməkdir. Bununla belə, ID.Buzz modelinin modifikasiya çeşidində 340 at qüvvəli tamötürməli furqon da var.
Belə bir minivenin fərdi sifarişlə inşa edilib-edilməyəcəyi barədə məlumat verilməyib. Porsche 911 Dakar modelinə gəlincə isə, o, 2025-ci ilin sonunda yenidən bazara çıxacaq. Məhdud seriya ilə buraxılacaq sportkar yenilənmiş kuzova və hibrid güc qurğusuna malik olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.