Volkswagen ID. Buzz miniveni “sığın testi” zamanı mütəxəssisləri təəccübləndirə bilib. Elektromobillər idarəetmə xüsusiyyətlərinə müsbət təsir göstərən aşağı ağırlıq mərkəzinə malikdirlər. Bu, hətta minivenlər üçün də keçərlidir və bunu Volkswagen ID modeli sübut edib. İspan km77 nəşri jurnalistlərinin əlində miniven “sığın testində” özünü ən yaxşı tərəfdən göstərib. Sınaqların bir hissəsi olaraq, avtomobil kəskin şəkildə zolaqları dəyişdirməlidir. O, sanki əsl heyvanla qarşılaşır və onu vurmamaq üçün qonşu zolağa keçməli və yenidən öz zolağına qayıtmalıdır.
ID. Buzz miniveni, digər Volkswagen elektromobilləri ilə paylaşdığı MEB modul platformasına əsaslanır. Miniven arxa oxda quraşdırılmış 204 at qüvvəli elektrik mühərriki və 82 kilovat-saatlıq baatareya təchiz edilir. Bu tandem minivenə enerji doldurmadan 420 kilometrə qədər məsafə qət etməyə imkan verir. Üstəlik, belə variantın drayvı sevənlər üçün uyğun olduğu ortaya çıxıb.
Konuslardan yaradılmış dəhlizində qalmaq üçün ən yaxşı cəhdində miniven yalnız 76 km/saat sürətini qeyda ala bilib. Ancaq bu, məyus olmaq üçün səbəb deyil, çünki miniven faktiki olaraq standartlardan kənara çıxmayıb. Neqativ məqamlardan isə, jurnalistlər kuzovun yana əyilmələrini və çox həssas olmayan sükan mexanizmli qeyd ediblər.
Maraqlıdır ki, ID.Buzz slalomda da özünü yaxşı göstərib, onun qeydə aldığı 25,7 saniyə, Volkswagen Multivan 1.4 eHybrid (26,5 saniyə) və Land Rover Range Rover Sport P510e Autobiography (26,1 saniyə) ilə müqayisədə daha yaxşı olub. Belə ki, Volkswagen minivenini müəyyən dərəcədə drayver modeli hesab etmək olar.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.