Volkswagen Almaniya bazarında ID. Cross modelinin R-Line versiyasına sifarişləri qəbul etməyə başlayıb. İlk mərhələdə 133 at güclü elektrik mühərriki və 37 kVt· saatlıq batareya ilə təchiz edilmiş versiya təklif olunur. Daha güclü, 223 at gücü hasil edən flaqman modifikasiyana ilkin sifarişlər isə 2027-ci ilin martında açılacaq.

37 kVt· saatlıq batareya WLTP dövrünə əsasən 314 kilometrə qədər yürüş ehtiyatı təmin edir. Enerji sərfiyyatı 100 kilometrə 14,5–16,6 kVt· saat təşkil edir. Almaniyada modelin başlanğıc qiyməti 37 225 avrodur.

R-Line təchizat paketi yalnız dekorativ elementlərlə məhdudlaşmır. Avtomobil xüsusi ön bamper, şaquli gündüz hərəkət işıqları, 19 düymlük təkər diskləri və antrasit rəngli yan güzgü korpusları ilə seçilir. Salonda idman üslublu komfort oturacaqlar və ön qapılara qədər uzanan ID. Light atmosfer işıqlandırması quraşdırılıb.

Standart təchizata həmçinin açarsız giriş sistemi, IQ.Light Matrix LED faraları, arxa görüntü kamerası, adaptiv kruiz-kontrol və Progressive sükan sistemi daxildir. Sonuncu aşağı sürətlərdə sükan reaksiyasını daha çevik edir, magistral yolda isə sabitliyi qorumağa kömək edir.

Flaqman ID. Cross R-Line daha böyük, 52 kVt· saatlıq batareya və 223 at gücü və 290 Nm hasil edən elektrik mühərriki ilə təchiz ediləcək. Avtomobil 0-dan 100 km/saata 6,9 saniyəyə sürətlənir, maksimal sürəti 175 km/saatdır. WLTP üzrə yürüş ehtiyatı 428 kilometrə qədər göstərilir.

Güclü versiya əlavə şassi avadanlığı ilə də fərqlənir. Buraya elektron idarə olunan ön diferensial kilidi, kuzovu 15 millimetr alçaldan DCC adaptiv şassi sistemi və bu sistemlərin işini əlaqələndirən avtomobil dinamikası meneceri daxildir. Eco, Comfort, Sport və Individual rejimlərinə əlavə olaraq, yaş və ya qarışıq örtüklü yollarda mühərrik və diferensialın işini uyğunlaşdıran Traction rejimi də təqdim olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

52 kVt· saatlıq batareyaya malik versiyalar üçün 1200 kiloqramadək yedəkləmə qabiliyyəti olan qoşqu qurğusu sifariş etmək mümkündür. Onun 75 kiloqramlıq şaquli yük limiti iki velosiped daşıyıcısı üçün də uyğundur. Modelin baqaj bölməsinin həcmi 475 litr, ön baqajın həcmi isə 25 litrdir və bu göstəricilər bütün versiyalarda dəyişməz qalır.

223 at güclü ID. Cross R-Line-ın ilkin sifarişlərin qəbuluna  2027-ci ilin mart ayının ikinci yarısında başlayacaq. Volkswagen bu versiyanın qiymətini hələ açıqlamayıb.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.