Volkswagen şirkətinin kommersiya avtomobilləri bölməsi artıq iki ildir ki, yeni Amarok modelinə həsr olunmuş tizer kampaniyasını davam etdirir. İndi, təqdimata bir ay yarım qaldığı bir vaxtda alman istehsalçısı növbəti tizeri dərc edib - növbəti videotizer ikinci nəsil Amarok pikapının işıq texnikasına həsr edilib.

Artıq baza təchizatında Amarok modelinin ön fənərləri işıqdiodlarından olacaqdır. Əlavə ödəniş qarşılığında onları bir çox minik avtomobilərində tətbiq edilən IQ.Light matrisa fənərləri ilə əvəz etmək olar. Bununla, Volkswagen pikapı 30 yaxın sürücü yardımçısı, rəqəmsal cihazlar paneli, 12-düymlük taçskrini olan multimedia sistemi və Harman Kardon premial səs sistemi ilə təchiz edərək, ona premium status vermək istəyir. Bundan başqa, pikap elektrik ötürməsi ilə 10 istiqamətdə tənzimlənən və dərilə üzlənmiş oturacaqlara malik olacaqdır.

Yeni Volkswagen Amarok modeli yeni Ford Ranger ilə eyni platformaya malik olacaq və onunla birlikdə Afrikadakı zavodda buraxılacaqdır. Hər iki pikapın mühərrik çeşidinə dörd və altı silindrli aqreqatlar daxil olacaqdırlar. Amarok və Ranger qoşulan və daimi tam ötümə sistemi, iki və dördqapılı kabinlə əlçatan olacaqlar.

Yeni Amarok 7 iyul tarixində debüt edəcək və cari ilin sonuna qədər satışa çıxacaqdır. Bununla belə, pikapın birinci nəslini Argentinada Cənubi Amerika bazarı üçün buraxmağa davam edəcəklər. Bir müddətdən sonra, Ford və Volkswagen birlikdə elektrik pikapları duetini yaradacaqlar. Bundan öncə, Ranger plagin hibridi işıq üzü görməlidir. 

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.