Volkswagen şirkəti səkkizinci nəsil Golf modelinin sıxılmış təbii qazla işləyən Golf TGI modifikasiyasını təqdim edib.Yeni Volkswagen Golf TGI modeli qohum Skoda Octavia G-Tec və Audi A3 Sportback 30 g-tron modelləri ilə eyni güc qurğusu ilə təchiz edilir. Hetçbekin kapotunun altında 131 at qüvvəsi və 200 Nm fırlanma anı hasil edən 1,5-litrlik dördsilindrli turbomühərrik yerləşir. Güc qurğusu yeddi pilləli DSG robotu ilə birlikdə calışır. Mühərrik, tullantıların səviyyəsini azaltmaq və səmərəliliyi artırmaq üçün Miller dövründən istifadə edir.
Təbii qazın saxlanılması üçün Golf TGI modelini 115 litrlik çənlə təchiz olunub. Bunun sayəsində hetçbek WLTP dövrünə əsasən 400 kilometr qət edə bilir. Bundan əlavə. metanın qəfildən tükənməsi halında, hərəkəti davam etdirmək üçün 9 litrlik ehtiyat benzin çəni də mövcuddur. Volkswagen şirkəti ikiyanacaqlı Golf modelini Avropada hələlik hetçbek kuzovu ilə təklif edir. Qazla hərəkət edən Golf Variant universalı yaxın gələcəkdə hetçbekə qoşulacaqdır.
Pasport üzrə yanacaq istehlakı baxımından Golf TGI modeli qazla işləyən Octavia və Audi A3 modellərindən əhəmiyyətli dərəcədə geridə qalır. Volkswagen Golf TGI modelinin mühərriki 100 kilometrə 4,1-4,3 kiloqram yandırırsa, Octavia G-Tec və Audi A3 Sportback 30 g-tron modelləri orta hesabla 3,5 kiloqram sərf edirlər. Bundan başqa Golf, yürüş məsafəsinə görə də qohumlarından geri qalır: dolu çənlə A3 modeli 445 kilometr, Octavia liftbeki isə 500 kilometr qət edə bilər.